azia.az
azia.az

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - VİDEO

1-07-2022, 18:31

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - VİDEO
Zaqatalaya yad cisim düşüb.

Bu barədə rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

Nəriman Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi