azia.az
azia.az

Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - VİDEO

30-06-2022, 08:38


Zaqatalada hava şəraitinin kəskin dəyişməsi bir sıra fəsadlara səbəb olub.
Leysan və güclü külək Zaqatalada bir sıra fəsadlar törədib - VİDEO
Məlumata görə, rayonda güclü küləklə müşayiət olunan leysan yağıb. Nəticədə rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi kəskin artıb. Muxax kəndində 15 evin həyətini su basıb. Rayonun Yuxarı Çardaqlar, Qımır, Bazar və Çobankol kəndlərinin ərazisində güclü külək 40-dan çox irigövdəli ağacı aşırıb. Elektrik xətləri və telefon naqilləri qırılıb. Bir məktəbin dam örtüyünə ciddi ziyan dəyib.

Ərazilərə canlı qüvvə və texnikalar cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi