azia.az
azia.az

Astarada qız qardaşını yatdığı yerdə BALTALADI

19-04-2022, 07:41

Astarada qız qardaşını yatdığı yerdə BALTALADI
Bu il yanvarın 5-də Astara rayonu Təngərüd kənd sakini, 40 yaşlı İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Astara rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aparılmış istintaqla zərərçəkmişin bacısı, 36 yaşlı Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar yanvarın 5-i
səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd
etməsinə əsaslı şübhələr müəyyən edilib. Nadirə Qənbərova Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi