azia.az
azia.az

Qonşusunu arvadının gözü qarşısında bıçaqladı - TƏFƏRRÜAT

3-02-2022, 12:41

Qonşusunu arvadının gözü qarşısında bıçaqladı - TƏFƏRRÜAT
Şəkidə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Səlahəddin İsmailovun məhkəməsi başlayır.

Bu barədə AZXEBER.COM-a rayon prokurorluğundan məlumat verilib.

17 oktyabr 2021-ci il tarixdə Şəki rayon sakini 1971-ci il təvəllüdlü Murad Səmədovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu Səlahəddin İsmailov qeyd edilən tarixdə saat 19 radələrində Şəki şəhəri, Q.Məmmədli küçəsində biri-birinin avtomobilinə yol verməmək üstündə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan bıçaqla Murad Səmədova arvadının gözü qarşısında müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra sonuncunun ölmədiyini görərək avtomobili onun üzərinə sürüb vurmaqla yenidən xəsarət yetirmişdir.

Səlahəddin İsmailov Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) və 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi