azia.az
azia.az

“Görməmək üçün gözlərimi yumdum” - Azyaşlı qıza qarşı əxlaqsız hərəkət

3-04-2022, 16:53


Gəncə şəhərində 1970-cı il təvəllüdlü Hətəm yetkinlik yaşına çatmayan Şamamaya (adlar şərti verilib - red.) qarşı əxlaqsız hərəkətlər edib.
“Görməmək üçün gözlərimi yumdum” - Azyaşlı qıza qarşı əxlaqsız hərəkət
Azia.az bildirir ki, Hətəm Gəncə şəhərindəki yaşayış binalarından birinin blokunun girişində yüngül sərxoş vəziyyətdə on dörd yaşına çatmayan Şamamaya yaxınlaşıb. Ondan guya binanın 3-cü mərtəbəsində yaşayan İlqar və ya Elvin adlı şəxsin qapısını döyüb çağırmasını xahiş edib.

Şamama onun xahişini qəbul edib, pilləkənlərdə qalxarkən qıza yaxınlaşıb, ona qarşı əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Hətəmin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hətəm ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadı Dilbər və 2007-ci il təvəllüdlü övladı Cahidlə birlikdə yaşayır. Ciddi xəstəliyi ilə bağlı cinsi ehtirası zəif olub, cinsi əlaqədə ola bilməyib: "Aradabir nəşə (qurudulmuş marixuana) çəkmişəm. Narkotik vasitəni meşədən yabanı halda bitdiyi zaman yığmışam, qurudaraq istifadə etmişəm. Təxminən 4 ay Gəncə şəhərində tikintisi davam edən çoxmərtəbəli binalarda qəlibçi-fəhlə işləmişəm.

Cəmilə və qızı Şamamanı ümumiyyətlə tanımamışam. Həmin şəxslərin üzlərini belə görməmişəm, onlarla heç bir münasibətim olmayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 17.30-da iş yerindən çıxıb, marketdən yarım litrlik pivə alaraq içib: "Pivəni içdikdən sonra marketin yanından 5 nömrəli marşruta mindim. "Bazar Store" mağazasına çatmamış döngənin yanında yerləşən meyvə-tərəvəz mağazasının yanında avtobusdan düşdüm. Yolu qarşı tərəfə keçdim, kirayədə yaşadığım ev istiqamətində hərəkət etdim. Döngədə yerləşən zibil qablarının yanından keçərək binanın qabağına gəldim.

Binanın qabağında siqaret almaq fikrinə düşdüm. Əlimdəki ərzaqla geri qayıtmamaq üçün torbanı binanın qarşısında velosiped sürən uşağa verməkdən ötrü ona yaxınlaşdım. Onun üzündən öpüb əlimdəki torbanı apararaq arvadıma verməsini xahiş etdim. Uşağa evimi əlimlə göstərdim, ondan arvadıma siqaret alıb qayıdacağımı deməsini bildirdim.

Uşaq əlimdəki torbanı alıb gedəndə yaşlı iki kişi gördüm. Döngədə yerləşən uşaq bağçasının qabağı ilə "Bazar Store" mağazası istiqamətində yollandım. Mağazanın qapısından içəri girən zaman polis əməkdaşları məni saxlayıb bölməyə gətirdilər".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şamamanın sözlərinə görə, hadisə günü saat 16 radələrində yaşadığı binanın həyətində velosiped sürməyə görə rəfiqəsini çağırmaq üçün onların binasına gedib: "Rəfiqəmin yaşadığı evin qapısını döydüm. Babası qapıya çıxaraq rəfiqəmin yatdığını dedi. Dəhlizdən düşən zaman blokun girəcəyində bir nəfər 50 yaşlarında olan, sarıbəniz, balacaboy kişi məni saxladı. Məndən İlqar və ya Elvin adlı şəxsi tanıyıb-tanımadığımı soruşdu. Onları tanımadığımı bildirdim.

Kişi məndən kim olduğumu, yaşımı və harada yaşadığımı soruşdu. 11 yaşım olduğunu, 4-cü binada yaşadığımı bildirdim. Adını sonradan bildiyim Hətəm adlı şəxs İlqar və ya Elvinin 3-cü mərtəbədə qaldığını, onların qapısını döyməyimi xahiş etdi. Xahişi yerinə yetirmək üçün pilləkənlə yuxarı qalxmaq istədim. Bu zaman Hətəm arxa nahiyəmə əli ilə toxunub sığalladı.

Mən öncə Hətəmin hərəkətini başa düşmədim. Bir az cəld hərəkət edərək arxa nahiyəmə bir də toxunmaması üçün ondan ayrılmaq istədim. Ancaq o da arxamca gəldi, məni 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arasında saxladı. Qucaqlayaraq beldən aşağı arxa nahiyəmə əli ilə təkrar toxundu".

Şamama deyib ki, Hətəmdən nə etdiyini soruşub: "Mənə sakit olmağı bildirdi. Qorxduğum üçün qışqıra bilmədim. Bu vaxt mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Şalvarını soyundu, mən isə onun hərəkətlərini görməmək üçün gözlərimi yumdum. Məni qucaqladı, boynumdan öpdü. Ağzından araq iyi gəldiyinə görə onun içkili olduğunu başa düşdüm. Ondan məni buraxmasını tələb etdim.

Hətəmdən aralanaraq yaxın gəlməməsini, yoxsa qışqıracağımı dedim. Bun görə də məni buraxdı. Heç kimə bu barədə danışmamağımı, bu barədə danışdığım halda məni öldürəcəyini dedi. Hətəmin əlində qaçaraq binanın qarşısına düşdüm. O da arxamca gəldi, binanın qarşısında yaxalayaraq kiməsə bu barədə xəbər etdiyim halda öldürəcəyi ilə məni hədələdi. Eləcə də tez-tez gələrək məni öpüb qucaqlayacağını dedi. Hətəmin məndən əl çəkməsi üçün bu barədə heç kimə heç nə deməyəcəyimə vəd verdim. Sonra evə getdim, olanlar barədə anama danışdım".

Zərərçəkmiş deyib ki, anası polisə zəng edib və məlum hadisə barədə məlumat verib: "Anamın polisə məlumat verməsindən təxminən on dəqiqə sonra birlikdə həyətə düşdük. Həyətdə Hətəm adlı şəxsi axtaran zaman polislər gəldi. Anamla birlikdə polis maşınına mindik. Maşınla ətrafı gəzən zaman "Bazar Store" mağazasına girmək istəyən Hətəm adlı şəxsi polis işçilərinə göstərdim. Polis əməkdaşları isə onu saxladılar".

Bu cinayət işinə Kəpəz rayon Məhkəməsində baxılıb.

Hətəm 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməsi müəyyən edilib. Teleqraf.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi