Əhəd Abıyevdən Gəncəyə telefon zəngi: "Osman yazır, kömək elə.."
Daşkəsənin icra başçısı Əhəd Abıyev Demokratik.az saytında barəsində gedən tənqidlərə dözməyərək yenidən hücuma keçib.
Qalmaqallı icra başçısı yaxın saatlarda (saat 14:00 radələrində- red) Gəncədəki dostu, Bakıda aldıqları yarım milyonluq obyektə biznes şəriki, rüşvətlə oğlunu icra nümayəndəsi etdiyi, ADAU-da dekan postu tutmuş Qəmbər Abdullayevə zəng edərək jurnalist Osman Nərimanoğlunun fəaliyyətini müzakirə ediblər. Başçı ilə dekan arasındakı telefon danışığında çayçıda əyləşən Qəmbərin Nərimanoğlunun ünvanına bağıra-bağıra təhqiredici ifadələr işlədib, Abıyevə narahat olmamağı bildirməsi ətrafakıların da diqqətini çəkib.
Başçı ilə danışıq zamanı Abdullayevin yanında əyləşən dostları - ADAU-nun sabiq dekanı (göygöz Mamed və bir polis əməkdaşı) onu sakitliyə dəvət edib. Lakin, faydasız olub.
Gəncənin mərkəzində, Abıyevin də mütamadi lövbər saldığı bir məkanda ziyalı adı ilə bir araya sığışmayan davranışı qınayır, haqlı iradları varsa, icra başçısını ADAU rektoru olmaq üçün hazırda dəri-qabıqdan çıxan dostu ilə deyil, Demokratik.Az saytı ilə əlaqə qurub münasibət bildirməyini tövsiyyə edirik.
ADAU-da tələbələr qarşısında illərdir mühazirə söyləməyi bacarmayan dekan Qəmbər Abdullayevi əslində Abıyevə belə canfəşan tellərlə bağlayan, jurnalisti publik təhqirə həvəsləndirən faktları da tezliklə dövlət yetkililərinin və sayğılı oxucularımızın diqqətinizə ərz edəcəyik.
Xatırladaq ki, bu xoşagəlməz məmur davranışı bizə qarşı ilk hal deyil. Bir neçə gün əvvəl Abıyev Gəncədə yaşayan Ruhulla adlı yaxın qohumunun çəkib hazırladığı video ilə də Osman Nərimanoğlunu təhqir etdirmişdi. Jurnalist də məcbuq qalıb olaya aydınlıq gətirmişdi...
Demokratik.Az