Qaxda bir ailənin iki üzvü göbələkdən zəhərləndi

Qax rayonunda zəhərlənmə hadisəsi baş verib. Hadisə Tasmalı kəndində qeydə alınıb. Kənd sakinləri: 47 yaşlı Mübariz Qasımov, onun övladı -12 yaşlı Murad Qasımlı və qohumu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
