azia.az
azia.az

Mikroavtobus yandı, xəsarət alanlar var - SİYAHI

4-05-2017, 10:31

Mikroavtobus yandı, xəsarət alanlar var - SİYAHI

9 nəfəri isə reanimasiyaya yerləşdirildi

Cəlilabadda mikroavtobus yanıb, yaralılar var. Hadisə rayonun Məlikqasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb. İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib. (Report.az)

****

Cəlilabadda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, mikroavtobusun aşaraq yanması nəticəsində rayonun Şiləvəngə kənd sakinləri - 11 yaşlı Nəzrin Qəhrəmanova, 29 yaşlı Ülkər Mahmudova, 35 yaşlı Elnarə Əhmədova, 23 yaşlı Mələk Rəhimli, 25 yaşlı Rəvanə Abbasova, 48 yaşlı Xuraman Ağaşov, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onlar ağır yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Mikroavtobus onları tarlaya işləməyə aparırmış.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi