Oğlu yarım milyonluq maşın sürən Qazaxın icra başçısının unutduğu Heydər Əliyev adına parkda biabırçılıq (FOTO+VİDEO)
Qazax Rayonundakı ümummilli lider Heydər Əliyevin adını daşıyan park bərbad vəziyyətə düşüb. 32gun.news-a şikayətçi olan rayon sakinlərinin bildirdiyinə görə, parkda natəmizlikdən gəzmək mümkün deyil. Vaxtılə parkda yaradılan 3 suni göldən təkcə biri qalıb. Bundan əlavə artıq parkda mal-qara otarılır. Qazax Rayon İcra hakimiyyərtinə, xüsusilə royunun icra başçısı Rəcəb Babaşova bununl bağlı şikayyətlərini ünvanlasalar da sakinlərin dediklərinə məhəl qoyan olmayıb.
Bundan əlavə göl mamır bağlayıb. Bir dəfə sakinlərin şikayəti əsasında gölü təmizləsələr də sonradan heç bir təmizlik işləri və abadlaşma aparılmayıb.
Xatırladaq ki, mətbuatda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 min manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobil alması barədə xəbərlər dərc edilib. R.Babaşovun özü isədəyəri 250 min manat olan avtomobil alıb. R.Babaşovun aldığı 99 FF 099 dövlət nömrə nişanlı “Rang Rover” markalı avtomobil öz adınadır.