Qazaxın İcra başçısının birinci müavini karantin rejimini pozdu, oğluna toy etdi (FOTO)
![]()
Qazax rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək oğluna toy məclisi təşkil edib.
Azia.az-n 32gun.news-a istinadən məlumatına görə, toy mərasimi Qazaxda M.Alıyevin həyətində iyunun 13-də təşkil olunub.
Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.