azia.az
azia.az

İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - İTTİHAM

11-05-2021, 12:50


Füzuli rayon sakini, məcburi köçkün Bayram Hacıyev sakini olduğu rayonun icra başçı Alı Alıyevi korrupsiya cinayətlərində, qanunsuz və özbaşına hərəkətlər etməkdə və bu yollada dövlət əmlakını mənimsəməkdə ittiham edir. O, Prezident İlham Əliyevə etdiyi müraciətində qeyd etdiyi həmin faktların araşdırılmasını xahiş edir. RealMedia.az olaraq B. Hacıyevin ölkə başçısına etdiyi müraciətini olduğu kimi təqdim edirik:
İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - İTTİHAM
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Füzuli rayon sakini, Bayram Hacıyev tərəfindən
ƏRİZƏ
Füzuli rayonunu idarə edən müftəxor məmurlar tərəfindən ədalətsiz əməllərinin nəticəsinə görə və saxtakar qeyri-qanuni əməllərin başçısı həmdə Füzuli Rayon İcra Hakimiyyətinin(FRİH) başçısıdır. FRİH-nin başçısı əvvəllər Füzuli Suvarma Sistemləri İdarəsinin(SSİ) rəisi işləmiş indi də hal-hazırda ora 71 yaşlı öz yaxın qohumu Əhməd Cəlil oğlu Əsgərovun himayəsindədir. Belə ki, bu idarə 700 nəfərə qədər işçiyə malikdir. Lakin bu işçilərin əksəriyyəti işə getmirlər. Yalnız adları ştat cədvəlində gedir vəssalam. Ancaq onların hēr birinə ayrı-ayrılıqda(e.gov.az) hökumət portalında 450-500 azn əmək haqqı yazılsa da, böyük təssüf hissiylə qeyd etməliyəm ki, Füzuli SSİ-dən verilmiş və işçilərə məxsus olan karta 250-260 azn məbləğində əmək haqqı köçürülür. Belə ki, Ekskavator, Kamaz, Traktor, Kran markalı maşınlar idarə üçün deyil Alı və 71 yaşlı yaxın qohumu Əhməd üçün işləyirlər. Fakta gəldikdə isə, Kamaz markalı maşın 15 aprel 1981-ci il təvəllüdlü Zobucuq-2 qəsəbə sakini SSİ-nin işçisi Kənan Səfərov öz şəxsi texnikası kimi (başçı Alı və qohumu Əsgərovun əmrlərini yerinə yetirərək) işlədir. İki ədəd Ekskavator isə Arayatılı kənd sakinləri də Kənan kimi eyni səlahiyyətə məxsus iş görürlər. Bunlar azmış kimi 11AC241 Dövlət nömrə nişanlı Kran markalı maşındır. Sürücüsü Ramiz və digər Kran soferi Zobucuq-3 saylı qəsəbə sakini Vəli heç də bu birilərdən geri qalmadan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Nüşirəvan oğlu Alıyevin və Əhməd Cəlil oğlu Əhmədovun şəxsi sifarişlərindən asılı olaraq eyni işləri görürlər. Hətta Horadiz şəhərində yerləşən Alı Alıyevə məxsus fermasında ekskavator sürən şoferin biri bulduzerin qabağına verərək sökmüşdür. 20-yə yaxın texnika hər birinin dəyəri 200-250 min manatla ölçülən müxtəlif markalı maşınlar idarədə deyil öz şəxsi malı kimi idarə rəisi loru dildə desək Əhmədgildədir.Dövlətə məxsus idarəni də öz şəxsi maraqlarına, öz mənafeylərinə qurban veriblər.
Köçkün bulogger Bayram Hacıyev”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi