azia.az
azia.az

“Azərbaycan 9 rayon qazandı, müzakirə edəcək bir şeyimiz yoxdur” – Köçəryan

28-01-2021, 14:24

“Azərbaycan 9 rayon qazandı, müzakirə edəcək bir şeyimiz yoxdur” – Köçəryan

“Qarabağda yolların açılması məsələsi tərəflərin münaqişənin və Qarabağın statusunun həllindən sonra razılaşdırılmalı idi”.

Azia.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Yerevan Today”ə açıqlamasında bildirib.

“Ən böyük problem bunlardır: Mehri tərəf Rusiya sərhədçiləri tərəfindən idarə ediləcək və qalan bölgə üzərində də hər hansı təsirimiz olmayacaq. Mehri bölgəsinin uzunluğu 47 kilometrdir. Azərbaycan dəmir yolundan istifadəni ümumiyyətlə mənasız etmək üçün sadəcə tarif siyasətindən istifadə edə bilər. 47 km ərazi ilə heç bir problemi həll edə bilməzsiniz, xüsusən də sizin nəzarətinizdə deyilsə”, – Köçəryan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan istədiyini alıb və rabitə yollarında istifadə etmək üçün də təsir gücünə sahibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi