azia.az
azia.az

Agentlik tərəfindən Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə

5-11-2020, 16:33

Agentlik tərəfindən Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə

Agentlik tərəfindən Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə

Agentlik tərəfindən Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə

2020-ci il 04 Noyabr tarixində Agentliyə Ağcabədi, Bərdə, Goranboy, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olmuşdur.

Daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Arazbar kəndləri, Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Goranboy rayonunun Meşəli kəndi, Goran qəsəbəsi, Füzuli rayonunun Mahmudlu kəndi, Tərtər rayonunun Yenikənd, Qaynaq, Səhləbad, Düyərli, Ələsgərli kəndləri, H.Aslanov küçəsi və Tərtər çayının sahilinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 04 noyabr 2020-ci il tarixlərində 1 142 siqnal (əməliyyat çağırışı) əsasında 967 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 318 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 174 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 21 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 753 ədəd partlamış raket hissələri aşkar olunmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi