QAZAX SAKİNİ İCRA BAŞÇISINI MƏHKƏMƏYƏ VERDİ
Azia.Az xəbər verir ki, Qazax rayonu 2-ci Şıxlı kənd sakini Dılışov Zirəddin Əmiraslan oğlu "Torpaq sahəsindən istifadəyə qoyulmuş məhdudiyyətlərin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın mülkiyyətçisinə istifadəyə verilməsi və torpaqdan istifadə edilməməsi səbəbindən dəymiş zərərin ödənilməsi" tələbi ilə Qazax rayon IH-ni məhkəməyə vermişdir.
Iddia ərizəsi ilə məhkəməyə müraciət edən vətəndaş torpaq islahatı zamanı onun mülkiyyətinə verilmiş 1,6262 ha torpaq sahəsinin son 4 ildə Qazax rayon IH tərəfindən qanunsuz olaraq əkilməsi və IH tərəfindən vətəndaşa hər hansı bir icarə haqqının ödənilməməsi iddiası ilə məhkəməyə müraciət etmişdir.
Vətəndaş Dılışov Zirəddin onu da bildirmişdir ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün Qazax rayon IH-nə müraciət etsə də iddiaçının barəsində məhkəmə qərarı ilə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Vətəndaş Dılışov torpaqdan edilməməsi səbəbindən dəymiş 40000(qırx min ) manat zərərin ödənilməsi tələbini də qaldırmışdır.