azia.az
azia.az

İşçisi Abid Şərifovun şirkətini məhkəməyə verdi

20-05-2017, 12:56

İşçisi Abid Şərifovun şirkətini məhkəməyə verdi


Baş nazirin müavini Abid Şərifovun olduğu bildirilən “Evrascon” şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkətin əməkdaşı Cavidan Orucov Yasamal rayon məhkəməsinə müraciət edərək şirkətdən əmək haqqının, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

Məhkəmə iddianı rədd edib. V.Orucov qərardan apellyasiya şikayəti verib.

İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, bundan öncə də mediada “Evrascon” ASC-nin işçilərinə maaş verə bilməməsi haqda məlumatlar yayımlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi