azia.az
azia.az

Bakı şəhəri ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

31-08-2020, 16:12

Bakı şəhəri ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

Bakı şəhəri ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

2020-ci il 30 Avqust tarixində saat 08:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Azia.Az-a verilən Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə fərdi torpaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd əl qumbarası (partladıcısız), 5 ədəd UZRQM partladıcısı və 59 ədəd müxtəlif çaplı patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Hərbi təyinatlı əşyaların ətrafında ətrafında 800 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 avqust 2020-ci il tarixlərində 270 siqnal (əməliyyat çağırışı) əsasında 242 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 524 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 745 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 88 240 kv.m ərazi yerüstü və 13 931 kv.m ərazi yeraltı yoxlanılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi