azia.az
azia.az

Siyəzən rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

21-08-2020, 12:49

Siyəzən rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

Siyəzən rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

2020-ci il 20 Avqust tarixində saat 18:14-də Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən Agentliyə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində yerləşən köhnə su kanalının yaxınlığında 1 ədəd mərmiyə oxşar predmetin tapılması barədə məlumat daxil olub.

"Azia.Az"-a verilən Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Metal əşyanın ətrafında 800 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 20 avqust 2020-ci il tarixlərində 259 siqnal (əməliyyat çağırışı) əsasında 234 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 28 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 492 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 655 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 85 390 kv.m ərazi yerüstü və 13 277 kv.m ərazi yeraltı yoxlanılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi