Sumqayıtın 70 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb -FOTO
Sumqayıt şəhərinin 70 illiyi münasibətilə Belarusun Bobruysk şəhərində yerləşən "Bobruisk Integrated Printing House” mətbəəsində çap olunan poçt markası "Azərmarka” şirkəti tərəfindən dövriyyəyə buraxılıb. APA-nın yerli bürosunun məlumatına görə, markanın üzərində Azərbaycan bayrağının, "Sülh göyərçini" və "Qağayı" abidələrinin təsviri verilib.Rəsmi kataloq nömrəsi 1592 olan marka ofset çap üsulu ilə tabaşirli, yapışqanlı kağız, 105 qr/m² çəkidə hazırlanıb. Tirajı 10 000 ədəd olan markanın ölçüsü 37x52 mm-dir. 6 markadan ibarət olan vərəqinin ölçüsü isə 145x137 mm-dir. Hər markanın qiyməti 60 qəpikdir. Markanın dizaynı Nəriman Məmmədzadəyə məxsusdur. Eyni zamanda bu markanın vurulduğu birinci gün zərflərindən də 300 ədəd buraxılıb.