azia.az
azia.az

DİN avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR

14-01-2019, 12:37

Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumun balansındakı avtomobillər hərraca çıxarılıb.

Azia.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin 12 avtomobilini satmaq məqsədilə fevralın 12-də hərrac keçirəcək.

DİN hərraca beş ədəd “BMW-320”, dörd ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, “QAZ-3110” və “Volksvagen Passat” avtomobilləri təqdim edib.

Hərraca ən yüksək qiymətə təqdim edilən avtomobillər “BMW-320” markalı avtomobillərdir və ilkin start qiyməti 5200 manatdan başlayır.

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10% beh

(manatla)



QAZ-3110





2008



2000



200



Volkswagen Passat





2005



4000



400



BMW 320 (2 ədəd)



2006



5100



510



BMW 320 (3 ədəd





2007



5200



520



FIAT Combi Active


2007



4500



450



FIAT Doblo (4 ədəd)





2007



4500



450


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi