azia.az
azia.az

AKKORD-un 300 milyonluq dələduzluğu – ARAŞDIRMA

5-08-2024, 08:11


Qod Nisanovun səxavətindən sərvətinə sərvət qatanlar: AKKORD-un 300 milyonluq dələduzluğu – ARAŞDIRMA

7times.az  tanınmış iş adamı Qod Nisanovun Xaçmaz rayonun Xudat şəhərində inşa etdirdiyi aqrokompleksin tikintisinin yarımçıq dayandırlması barədə bəhs etmişdi.Layihənin icra edilməməsinə bəzi layihələşdirmə və digər sənədləşmə işlərini yubanmasının səbəb olduğunu qeyd etmişdik. Amma mövzunu araşdırdıqca məsələnin köklərinin daha dərinlərə daldığını aydınlaşdırdıq. Sən demə 1 illik tikinti prosesinin 3 ildən çox ləngiməsinin daha ciddi və böyük səbəbləri varmış.

AKKORD-un 300 milyonluq dələduzluğu

Aqrokompleksin inşa olunması üçün  öncə sifarişçi FOODCİTY AQROPARK MMC tərəfindən keçirilən tenderin qalibi olmuş AKKORD şirkətlər qrupu ilə müqavilə bağlanılıb. Razılaşmaya əsasən sifarişçi şirkət AKKORD şirkətlər qrupuna 300 milyon manat vəsait köçürüb. Amma aylar keçsə də tikinti işləri nəzərdə tutulmuş zaman qrafikinə uyğun olaraq aparılmayıb. Bir müddət sonra ərazidəki şəxsi və dövlət mülkiyyətində olan ərazilərə və tikililərə kompensasiya verilməsi prosesində də bir sıra neqativ hallara rast gəlinib. AKKORD-un tabeçiliyində fəaliyyət göstərən bir neçə podratçı şirkət dələduzluq edərək vətəndaşlara verilməli olan kompensasiyanın çox hissəsini mənimsəyərək narazılıqların yaranmasına səbəb olub. Məsələn, həmin ərazidə yaşayan şəhər sakini olan Alma adlı şəxsin mülkiyyətində olan torpaq sahəsi və Yanacaq Doldurma Məntəqəsi üçün 600 000 manat ayrılsa da, onun 400 000 manatı mənimsənilib. Şəhid anası olan həmin qadın daha sonra müəmmalı formada psixonevroloji xəstəxanaya yerləşdirilib. Daha sonra o zamanki rayon rəhbərliyi tikinti ərazisində olan dövlət mülkiyyətindəki  torpaq sahələrini tez bazar özəlləşdirib yüksək məbləğlərə satmağa nail olub. (Balıq zavodunun qurutma sexi, yolka bağı və stadion)

Ərazidəki yollar isə bir göz qırpında Xudat şəhər bələdiyyəsinin şəhərdaxili yol infrastrukturuna daxil edilərək bunun üçün 478 245 manat kompensasiyanın alınması təmin edilib. (Bu haqda əlimizdə olan dəlil və faktları yaxın günlərdə diqqətinizə çatdıracayıq)

İşlər qalıb bir kənarda, hərə öz fürsətini dəyərləndirib həmin ərafələrdə sərvətinə sərvət qatdılar. Tikintinin yubanması və ortaya çıxan neqativ söz-söhbətlər axır ki, gedib çatıb Qod Nisanovun qulağına. Dərhal AKKORD şirkətlər qrupu ilə olan müqaviləyə xitam verilir və növbəti dəfə tender təyin edilir. Amma buna baxmayaraq FOODCİTY AQROPARK MMC-ə, AKKORD-a verdiyi 300 milyon vəsaiti geri almaq elə də, asan başa gəlmir. Siyasi rəhbərliklərin müdaxiləsindən sonra həmin pul sonunda sifarişçi şirkətə geri ödənilir.

Amma region üçün olduqca əhəmiyyətli bir layihənin başının üstünü alan qara dumanlar yenədə çəkilmir. AKKORD–dan sonra tenderin qalibi olan növbəti şirkətlə də işlər yolunda getmir. Tikinti işləri 1 il də belə yubanır. Amma şifahi formada sifarişçi şirkətdən məlumat almağa məüssər olduq.Təfərrüatları barədə məlumat vermək istəməsələr də bir neçə gündən sonra inşa işlərinin başlanacağını bildirdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi