“Qurani-Kərim” Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub
Azərbaycanda “Qurani-Kərim” qafiyəli nəsrlə çap olunub.
Kitabın müəllifi Şıxbala Bayramov bildirib ki, “Qurani-Kərim”in qafiyəli janrda təqdimatı Azərbaycanda yenilikdir: “Əslində “Qurani-Kərim” ərəb dilində məhz elə şeir janrında yazılıb. Sadəcə, onu bu janrda tərcümə etmək çox çətindir. Mən bu günə qədər olan bütün tərcümələrdən və öz qeydlərimdən istifadə etməklə “Qurani-Kərim”i olduğu ki, yəni qafiyəli janrda oxuculara təqdim etdim. Həmdə bu janrda oxucular “Qurani-Kərim”i daha aydın başa düşəcəklər”.
Ş. Bayramov həmçinin qeyd edib ki, kitab elektron və çap variantlarda kitabxanalara təqdim edilib.