Niyə qadınlar kişilərdən daha çox yaşayır?
Azia.az xəbər verir ki, burada 3 böyük faktor rol oynayır.
Dünyada aparılan bir çox araşdırmalar qadınların kişilərdən daha çox yaşadığını göstərir. Məsələn, Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2016-cı ildə dünyada insaların orta yaş həddi 72 idi. Cinslərə böldükdə isə bu rəqəm qadınlar üçün74 il 2 ay, kişilər üçün 69 il, 8 ay olmuşdu.
Bəs niyə qadınlar kişilərdən daha çox yaşayır?
1.Genlər. Londonda yerləşən universitetlərdən birinin professor Devid Gems deyib ki, kişi embrionları dişi embrionlara nisbətdə daha tez tükənir. "X xromosomundan bir genetic pozulma varsa və qadınsınızsa, deməli sizin ehtiyatınız var. Lakin kişinizsə, deməli yoxdur”.
2.Hormonlar. Yeniyetməliyin son illərindəki testosterone hormonundakı artım zamanı ölüm halları da artır. Buna səbəb kişilərin dava etmək, yüksək sürətlə avtomobil sürmək kimi riskli fəaliyyətləri və intiharları göstərilir.
3. İş və özünüaparma. Müharibələrin olduğu regionlarda kişilərin ömür həddinə dair gözləntilər azalır. Siqaret, içki ilə həddən çox yemək cinsiyyətlər arasındakı fərqin ölkədən ölkəyə niyə bu qədər böyük şəkildə dəyişdiyini göstərir.
Aybəniz Abdulova