azia.az
azia.az

Qadınların beyni kişilərə nisbətən daha... – İLGİNC FAKTLAR

13-06-2016, 18:21

Qadınların beyni kişilərə nisbətən daha... – İLGİNC FAKTLAR Sirr deyil ki, qadın və kişi fərqli yaradılışlardır. Sözsüz ki, bu fərq özünü psixologiya, düşüncə və beyində də göstərir. Buna görədir ki, qadın-kişi əlaqələrindəki qarşıdurmalar və fərqliliklərin nəyə söykəndiyi əsrlərdir müzakirə edilir. Türkiyəli nevroloq Mehmet Yavuzun sözlərinə görə, iki cinsin beyni təməl funksiyalar baxımından bir-birinə bənzəsə də, kişilərin beyni daha sistematik çalışır, qadınlarınkı isə daha empatik xarakterdədir. Aile.lent.az mütəxəssisin qadın və kişi beynindəki fərqlərlə bağlı fikirlərini təqdim edir.

Həkim kişilərin duyğularını ifadə etməkdə çətinlik çəkmələri barədə maraqlı açıqlama verib. O bildirir ki, kişilərdə romantik reaksiyalar, qadınların əksinə olaraq, beynin yalnız sol yarım kürəsində meydana gəlir. Bu səbəbdən də qadın-kişi əlaqələrində kişilər duyğularını ifadə etməkdə çətinlik çəkirlər: “Qadınlar danışma əsnasında həm sağ, həm də sol beyin yarımkürələrini istifadə edə bilirlər. Bu səbəbdən də qadınlar bir hadisəni izah edərkən izahata duyğularını da qatarlar və detallı ifadələrdən istifadə edirlər. Qadınların beyni daha kompleksdir. Bu xüsusiyyət sayəsində qadın bir mövzunu bir çox dünya görüşüylə qiymətləndirərkən, kişi eyni mövzunu bir-iki istiqamətdən araşdıra bilir. Qadınlar bir mövzu haqqında danışmağa başladıqda, hadisələri hər şeylə əlaqəli hala gətirirlər. Kişilər isə beyinlərindəki kateqoriyalara əsasən mövzulardan birini seçib, o mövzu ətrafında uzun-uzadı, saatlarla danışa bilərlər”.

Qadınların tək bir mövzuyla başlayıb mövzudan mövzuya keçə bilmələri, daha rəngli dünyagörüşünə sahib olmalarından irəli gəlir. Qadınlar ünsiyyət əsnasında qarşısındakı adamın baxışından, duruşundan, səs tonundan və bədən dilindən o adamın duyğularını daha asan anlayırlar. Uşağının bir çətinliyi olduğunda və ya həyat yoldaşının iş həyatındakı müvəffəqiyyət və müvəffəqiyyətsizlikləri, rəfiqəsinin şəxsi həyatındakı problemləri danışmadan da qeyri-iradi olaraq hiss edə bilirlər: “Əsasən də yetkinlikdən sonra qadın beyninin bədən dilini anlamaq və danışmadan qarşısındakını başa düşmək instinkti daha da inkişaf edir. Qadınlarda beynin dil prosessoru daha inkişaf etmiş olduğu üçün kişilərdən fərqli olaraq danışmağa daha erkən başlayırlar. Oxuma, yazmağı da daha yaxşı mənimsəyirlər. Buna görə də müəllimlik, ictimaiyyətlə əlaqələr, təlimçilik, ünsiyyət kimi danışıq qabiliyyətinə əsaslanan peşələrə maraqları daha çoxdur”.

Kişilərin beynində isə kosmos şəkilli funksiya geniş yer tutur. Buna görə də riyaziyyat, üç ölçülü düşünmə və istiqamət tapmağa daha uyğundurlar. Memarlıq, kapitanlıq və mühəndislik kimi peşələrdə daha çox kişilərin olmasına səbəb də budur. Eyni zamanda, kişilərdə istiqaməti və uzaq məsafələri fərq etmə bacarığı daha güclüdür. Futbol, ​​bilyard kimi oyunlarda da bu xüsusiyyətlərini yaxşı istifadə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi