"Sərvət İnşaat" MMC-nin dövlətə borcu 1.7 milyonu ötdü - Sahibi bu şəxsdir
"SƏRVƏT İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcunun olması barədə xəbər vermişdik.
32gun.az-ın əldə etdiyi mıəlumata görə, Şirkətin hazırkı vergi borcu daha da artaraq 1737 253,54 manata qalxıb.
Qeyd edək ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 75, mənzil 10 ünvanında hüquqi qeydiyyatda olan müəssisənin qanuni təmsilçisi Alpagu Servet adlı şəxsdir. Nizamnamə kapitalı isə 50 manatdır.
Araşdırmalar zamanı məlum olub ki, Servet Alpagu yalnız tikinti şirkəti ilə kifayətlənməyib. O, həmçinin "Marsol Qrup"un partnyorlarından olan “Ziebart Azerbaijan” MMC, eləcə də “Ziebart Plus” MMC, “Ziebart Exclusive” MMC və “Ziebart Baku Premium” MMC-nin də rəhbəridir.
Maraqlıdır ki, bu şirkətlərin bir qismi eyni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 9A-da qeydiyyatdan keçib. Həmin ünvan üzrə fəaliyyət göstərən “Ziebart Baku Premium” MMC-nin qanuni təmsilçisi isə başqa bir şəxs – Gökhan Koşar göstərilib.
Türkiyəli iş adamı Servet Alpagu 15 ildir Azərbaycanda yaşayır. O, ilk olaraq İzmirdən Naxçıvana köçərək burada 10 il biznes fəaliyyəti ilə məşğul olub. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla yaxın münasibətləri ilə tanınır. Hətta özü də Türkiyə mediasına verdiyi bir müsahibəsində belə deyib: “Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbovun gətirdiyi yeni idarəçilik anlayışı yalnız ictimai həyata deyil, həm də ticarətə müsbət təsir göstərmişdir.
Ayaz