Ukraynanın Mikolayev şəhərində iftar süfrəsi quruldu – azərbaycanlı döyüşçülər də qatıldı - FOTO, VİDEO
Ukraynanın cənubunda yerləşən qəhrəman şəhər Mikolayevdə Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
Musavat.com xəbər verir ki, şəhərdə fəaliyyət göstərən məscidlərdən birində keçirilən iftar mərasimində müxtəlif müsəlman icmalarının nümayəndələri, eləcə də Ukraynada yaşayan soydaşlarımız və döyüşçülər iştirak ediblər.
İftar süfrəsindən əvvəl məscidin axundu Hüseyn İsayev çıxış edərək Ukraynada həlak olmuş qəhrəmanların ruhuna dualar oxuyub. Eyni zamanda ölkədə qələbə və sülhün bərqərar olması üçün dua edilib.
Tədbirin təşkilatçıları Ukrayna Azərbaycanlılar Radasının vilayət təşkilatının rəhbəri Zaur Ağabəyov və onun oğlu – Mikolayev şəhər sovetində hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri, həmçinin Mikolayev rayon hərbi administrasiyası sədrinin müavini Ramil Ağabəyov olub.
İftar mərasimi müxtəlif icmaların nümayəndələrini bir araya gətirməklə həm Ramazan ayının mənəvi dəyərlərini, həm də Ukraynada yaşayan azərbaycanlıların həmrəyliyini nümayiş etdirib.
Allah qəbul etsin!
Anar Natiqoğlu,