Südü illərdir soyuducuda səhv yerdə saxlayırmışıq
Süd demək olar ki, hər evin əsas qida məhsullarından biridir. Lakin mütəxəssislərin sözlərinə görə, bir çox insan südü soyuduucda səhv yerdə saxlayır. Soyuducunun qapısına qoyulan süd gözləniləndən daha tez xarab olur.
Azia.az milliaz-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, südü soyuducunun qapısında saxlamaq doğru deyil.
Bunun əsas səbəbi, soyuducu qapısının ən isti və temperatur dəyişkənliyinin ən çox olduğu hissə olmasıdır. Qapı hər açıldıqda isti hava ilk olaraq bu hissəyə daxil olur və bu da südün temperaturunun tez-tez dəyişməsinə səbəb olur.
Mütəxəssislərə görə, südün daha uzun müddət təzə qalması üçün onu soyuducunun arxa hissəsində – temperaturun sabit qaldığı yerdə saxlamaq lazımdır.
Südün ideal saxlanma temperaturu 2-4°C arasındadır.
Bundan başqa, süd açıldıqdan sonra istifadədən dərhal sonra yenidən soyuducuya qoyulmalı və əsla qapı rəfində saxlanmamalıdır. Mütəxəssislər eyni qaydaların bitki mənşəli südlərə də aid olduğunu bildirir. Bu, qutunun içində bakteriyaların çoxalmasının qarşısını alır və qidanın təhlükəsiz istifadəsini təmin edir.
Soyuducunun qapısı tez-tez açılıb-bağlandığı üçün süd kimi həssas qidalar üçün uyğun deyil. Lakin souslar, mürəbbələr və şüşədəki içkiləri burada təhlükəsiz şəkildə saxlamaq mümkündür.