azia.az
azia.az

Etibar Pirverdiyevin şirkəti əvvəlki kimi qazana bilmir - 47 faizlik azalma

Bu gün, 16:03

“AZENCO” ASC 2024-cü ili mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, ASC 2024-cü ili 1,85 mln. manat xalis mənfəətlə bağlayıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 47,4% və ya 1,68 mln. manat azdır. 

Şirkət 2023-cü ili 3,53 mln. manat xalis mənfəətlə bitirmişdi. 

Hesabat dövründə “AZENCO”nun satış gəlirləri 32,47 mln. manatdan 31,31 mln. manata enib (–3,6%). Bunun fonunda ümumi mənfəət 4,41 mln. manatdan 3,29 mln. manata düşüb (–25,3%).  Lakin əməliyyat mənfəəti 4,79 mln. manatdan 5,75 mln. manata yüksələrək 20% artım nümayiş etdirib. Bu, əsasən inzibati və sair xərclərin azalması ilə bağlıdır.

Ümumilikdə satış gəlirlərinin azalması və maliyyə xərclərinin artması xalis mənfəətin kəskin azalmasına təsir edib. 

“AZENCO”nun cəmi aktivləri 2023-cü ilin sonundakı 231,45 mln. manatdan 2024-cü ilin sonunda 235,62 mln. manata qalxıb (+1,8%). Aktivlərin strukturunda uzunmüddətli aktivlər –5,7% azalaraq 11,5 mln. manat, qısamüddətli aktivlər isə +2,1% artaraq 223,8 mln. manat olub.

Şirkətin cəmi öhdəlikləri 54,55 mln. manatdan 58,77 mln. manata yüksəlib (+7,8%). Kapital isə 177,06 mln. manatdan 176,85 mln. manata cüzi azalıb (–0,1%). Başqa sözlə, şirkətin balansı genişlənib, lakin artım əsasən borclar hesabına baş verib.

Qeyd edək ki, "AZENCO" ASC Azərbaycanda tikinti və quraşdırma, xüsusilə energetika layihələri üzrə əsas podratçılardan sayılır. Onun nizamnamə kapitalı 6,8 milyon manat, qanuni təmsilçisi isə Hacıyev Pərviz Firuhət oğludur. Mediada yayılan məlumatlarda “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.

Nara


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi