azia.az
azia.az

“Mono-Liza” şadlıq sarayında azyaşlılar istismar olunur-QİDA “TERRORU”

Dünən, 18:11


Azia.az saytının redaksiyasına “Mono-Liza”  şadlıq sarayı haqqında ilginc məlumat daxil olumuşdur. Bildirilir ki, şadlıq sarayında ərzaqdan tutmuş ora cəlb olunan işçilərə qədər hər nə varsa müdir İmdad Həsənovun diktəsi ilə həyata keçirilir.  Alınan ərzaq məhsullarının haradan alınması, keyfiyyiəti, və digər vacib tələblər müdriyyəti maraqlandırmır. Toy ərəfəsində bura cəlb olunan ofisiantların arasında yaşı 15-dən aşağı olan məktəblilərin yer alması isə bu özbaşınalıqlara növbətisini əlavə edir. Işçilərin sağlamlıq haqda tib kitabçasının olmaması işin daha da təhlükəli olduğunu ortaya qoyur...

Redaksiyaya daxil olmuş şikayət ərizəsinin ixtisarlarala  nəzərinizə çatdırırıq. 

“...qeyd edim ki, “Mona liza” şadlıq sarayının müdiri   İmdad Həsənova dəfələrlə müraciət etməyimə baxmayaraq mənimlə rəsmi əmək müqaviləsi bağlamamışdır. Bu barədə dedikdə, o hər dəfə məni aldadaraq bu günə qədər mənimlə rəsmi əmək müqaviləsi bağlamadı. Sonradan öyrəndim ki, şadlıq sarayında işləyənlərin heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Müdriyyət pulları gündəlik hesablayıb hər kəslə günəmuzd olaraq, nəğd, yəni əlbəəl hesablaşırdı. Öyrəndim ki, bu sarayda işçilərin heç birinin həkimdən tibbi kitabçası, sağlamlıq haqda arayışı belə yoxdur. Ofisiantlar arasında yaşı 15-dən aşağı olan məktəblilər də vardır.  Şadlıq sarayında istifadə olunanm mal, qoyun və  quş ətlərinin haradan alındığı barədə rəsmi sənəd olmur. Sanitariya və gigienik qaydalar kobud şəkildə pozulur. Azyaşlıların işə cəlb olunması onların istismarı deməkdir. Şadlıq sarayında xüsusi təmizləyici qurğulardan istifadə olunmur. Ekologiya zəhərli tüstü ilə çirkləndirilir. Xatırladım ki, insan həyatı üçün xüsusi təhlükə yaradan içkilərdən istifadə olunur. Aldığım məlumata görə şadlıq evinin zirzəmisində kustar üsulla spirtli içki və limanadların istehsal olunduğu bildirilir. 

Müqaviləsiz işləyən işçilər barədə məlumatım belədir.  30-40 nəfər arası ofisiant, 4 nəfər kababçı, 2 nəfər aşpaz, bir nəfər ambardar, 10 nəfər xadimə-qabyuyan, 9 nəfər adminstrator- bu sayda insanlarla heç bir əmək müqaviləsi bağlanmır, onların əmək haqları vergidən gizlədilərək əlbəəl ödənilir. Bu isə vergidən yayınma, büdcədən oğurluq, Ekologiyanın çirkləndirilməsi, əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, 15 yaşından aşağı gənclərin əməyə məcburi cəlb olunması, saxta içki istehsalı, işçilərin sağlamlıq haqqında tibbi kitabçalarının olmaması, alınan məhsulların keyfiyyətinin yoxlanılmaması  qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşqul olmaqdır. 

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki,  “Mona liza” şadlıq sarayı ilə bağlı yazdığım faktları araşdırıb onun rəhbərliyinin qanunsuz əməlləri barədə  mənsub olduğunuz mətbuatda yazdığım şikayətin ictimailəşdirilməsinə köməklik göstərəsiniz. Və aiidiyyatı qurumlar qarşısında yzdığım faktların araşdırılması barədə məsələ qaldırasınız.”-deyə şikayətçi müraciətində qeyd edir. 

 Yeri gəlmişkən qeyd edim ki, şikayətdən bəlli olur ki, bu  şçadlıq sarayında zəruri olan cihaz və avadanlıqlar yoxdur. Xidmət zalında temperaturun və nəmliyin tənzimlənməsi üçün optimal havalandırma sistemi qurulmayıb. İstifadə olunan ərzaqın, hazır məhsulların mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, gigiyenik, uyğunluq, fitosanitar, baytarlıq sertifikatları və s.) mövcud deyil. 

Müştərilərlə hesablaşma zamanı da müəssisədə bir sıra qaydalara və tələblərə əməl edilmir. Belə ki, şadlıq sarayında  müştərilərlə hesablaşma zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmir.Müştəriyə kassa çeki təqdim edilmir. Bu isə vergidən yayınmaya gətirib çıxarır.

Bu özbaşınalıqlarla mübarizə qanunvericilikdə necə göstərilib.  

Maddə 139. Zöhrəvi xəstəlikləri yayma,

 Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması. 

162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 192. Qanunsuz sahibkarlıq

Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma.

Maddə 200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma

 Qanunvericilikdən də görünür ki, bütün hallarda “Monoliza” şadlıq sarayının idarəçiləri qanuni tələblər yuxarıda qeyd olunan maddələr üzrə pozub. 

Yazını tədbir görülməsi üçün Dövlət Vergi xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, Daxili İşlər nazirliyinə, Baş Prikurorluğa, Qida Təhlükəsizlik Agentliyinə, Ekologiya və Təbii Sərvətlər nazirliyinə, Respublika Gigiena və Epidemiologiya mərkəzinə ünvanlayırıq. 

Araşdırmalar davam edir.  

Azia.az saytının araşdırma qrupu

P.S. Redaksiya olaraq qarşı tərəflə  bir neçə dəfə əlaqə saxladıq. Özünü İmdad kimi təqdim edən şəxs redaksiyanın əməkdaşını polisə şikayət edəcəyi ilə hədələdi. Suallara cavab vermək, sadalanan faktlara aydınlıq gətirmək əvəzinə, jurnalistin peşə fəaliyyətinə mane olmağa çalışdı. Bir dəfə özünü Fariz adı ilə təqdim edib, ikinci dəfə isə özünü İmdad kimi təqdim edib hədə-qorxu gəldi. Biz isə mətbuat olaraq qarşı tərəfin mövqe haqqını tanıyır və dərc etməyə borcluyuq. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi