azia.az
azia.az

Kərə yağı niyə bahalaşdı?-AÇIQLAMA

16-10-2024, 09:06

Son günlər qiymət artımı mal və qoyun ətində, toyuq əti və onun hissələrinin satışında, eləcə də kərə yağında baş verib.

Son bir ayda erkək dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14-14,5 manatdan 15,5-16 manata, quzu ətinin bir kiloqramının qiyməti 17-18 manatdan 19-20 manata, kərə yağının kiloqramının qiyməti 18-19 manatdan 20-22 manata, toyuq ətinin qiyməti isə 5-5,9 manatdan 6-6,3 manata qədər yüksəlib.

Əsas heyvandarlıq məhsullarından olan süd və süd məhsullarının qiymətində isə hələlik nəzərəçarpan artım yoxdur. Bahalaşan qida məhsullarının qiymətinin artmasının əsas səbəbi kimi Azərbaycanda yem qiymətlərinin yüksəlməsi və idxal bazarlarında qiymətlərin bir qədər artması göstərilir.

Mal və qoyun yemləri arasında ən çox istifadə ediləni yoncadır. Son bir ay-ayyarımda yonca bağlamalarının qiyməti təxminən 50 faiz artıb. Əvvəllər 3 manata satılan yonca bağlamasının dəyəri hazırda 4,5 manata təklif edilir. Əsas yem məhsulunun bahalaşması mal və qoyun bəsləyənlərin xərclərində ciddi artıma səbəb olub. Buna görə də heyvan bazarlarında topdan satış qiymətləri artırılıb.

Azia.az bloqu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi