azia.az
azia.az

“İpək Yolu Sığorta” ASC yığdığından 20 dəfə az sığorta ödənişi edib

29-08-2024, 15:23

Bu ilin yanvar-iyul aylarında "İpək Yolu Sığorta” ASC-nin topladığı sığorta haqqlarının həcmi 4 milyon 875 min manat olub.

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, şirkətin bu dövrdə etdiyi sığorta ödənişlərindən 4 milyon 638 min manat və ya 20,5 dəfə çoxdur. Cari ilin yanvar-iyul aylarında ASC 237 min manat sığorta ödənişi edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi