azia.az
azia.az

Məşhur iş adamı Xəlil Göyüşov vətəndaşların əmək hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib

13-08-2024, 08:07

Azərbaycanın məşhur iş adamı məhkəmə qarşısında: Nə baş verib?

Məşhur iş adamı Xəlil Göyüşov vətəndaşların əmək hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, "Körpü-Bina-Tikinti" MMC-nin baş direktoru və qanuni təmsilçisi olan Xəlil Göyüşüov tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.

İş adamı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) vətəndaşlarımızın işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş adamı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.




İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. 

Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC 2001-ci ildə təsis edilib. MMC-nin nəzdində asfalt zavodu, balka sexi, beton zavod, çınqıl karxanası, beton boru zavodu, körpü istehsalat zavodu və beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. 

Sözügedən şirkətin rəhbəri Xəlil Göyüşov isə ölkənin ən varlı iş adamları arasında yer alır.

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi