azia.az
azia.az

Ailə qurmaq üçün uyğun və yararsız qadınlar arasında üç əsas fərq

21-03-2024, 11:00

Ailə qurmaq istəyən müasir kişilərin problemi odur ki, onlar tez-tez qadınlarla bağlı zahiri görünüşə aldanmaqdan da başqa səhvlərə yol verirlər, düşünürlər ki, əgər qadında müəyyən 1-2 normal keyfiyyət varsa, deməli, o, avtomatik olaraq ailə həyatı qurmağa uyğundur. Məsələn, yaxşı yemək bişirir və ya ev təsərrüfatında müəyyən bacarıqları varsa.
Lakin ekspertlər bildirirlər ki, təkcə bu bacarıqlara sahib olmaq qadını gələcək uşaqların həyat yoldaşı və anası olmağa uyğun etmir. Kişilər qadında tamamilə fərqli, daha vacib , mənəvi keyfiyyətlərə diqqət yetirməlidirlər. Bu, uyğun qadını uyğun olmayandan fərqləndirəcəkdir.
Həmin 3 fərqi təqdim edirik.
1. Münasibətdə kişi və qadının yeri – qadının fikri
Sadə bir qayda var – ailə qurmaq üçün adekvat və uyğun qadın heç vaxt münasibətdə liderlik uğrunda kişi ilə dava etməyəcək. Axı bunun onun üçün heç bir mənası yoxdur: seçdiyi kişi onun üçün avtoritetdir, hörmət etdiyi və fikrinə hörmətlə yanaşdığı,qulaq asdığı bir insandır.
Maraqlıdır ki, münasibətlərə yaramayan qadınlar bərabərlik və tərəfdaşlıq haqqında başqalarından daha yüksək səslə qışqırırlar, lakin özləri bu ortaqlığa qadir deyillər. Onların arxasınca getdikləri yeganə məqsəd kişini ələ alıb əzmək, “sındırmaq”, onu öz istədiyinə uyğun və sərfəli şeylərə etməyə məcbur etməkdir.
2. Təşəbbüs
Adekvat qadının fərqli xüsusiyyəti onun təşəbbüsü ələ almaqdan qorxmamasıdır. Uyğun olmayan qadın isə həmişə passiv şəkildə kişinin hərəkət etməsini gözləyəcək. Bunun iki səbəbi var: birincisi, o, özünün daha əhəmiyyətli olduğuna inanır. Yəni o kişiyə deyil, kişi ona diqqət və müxtəlif maraqlı təkliflər verməlidir. Onun fikrincə, kişiyə hər hansı diqqət onun öz əhəmiyyətini xeyli dərəcədə azaldacaq və dəyərini azaldacaq.
İkincisi, kişilərdən addımlar, təkliflər gözləmək və təbii ki, onları qəbul etmək üçün bu tip qadınlar “Kim dəvət edibsə, ödəyir” hiyləsindən istifadə edir və bu hiylə, qadının fikrincə, ona görüşdə kişinin maddi imkanlarından maksimum istifadə etmək hüququ verir.
3. Rahatlıq
Adekvat və yararlı bir qadın, kişisinin mümkün qədər tez onun yanına qayıtması üçün bütün şəraiti yaradır. Məsələn, belə qadın çalışır ki, kişi işdən sonra dostları ilə əylənməyə yox, sevimli xanımı daha çox vaxt keçirmək istəsin.Yaxşı qadın münasibətin bütün aspektində əks olunan bu rahatlığı yaradır.
Uyğun olmayan qadın isə bunun əksini edir – bu rahatlığı pozur. Dağınıqlıq, evdə bişirilən dadlı yeməklərin olmaması, daimi psixoloji təzyiq. Çətin ki, normal kişi uzun müddət belə bir atmosferdə qalmaq istəsin və qadın bunun əksi üçün şərait yaratmasa, onunla sağlam, xoşbəxt bir münasibət qurmaq çətin ki, mümkün olsun. (sibkray.ru)
İmran Kərimli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi