Asif Əsgərovun “avtoş” oğlu İlham Əsgərli öz avtomobili ilə vətəndaşı vurub öldürüb..? - Asif Əsgərov: "Mən bu yaxınlarda Bakının Meri olacağam"...
Dostun və şərikin Vüqar Səfərli səni gözləyir, Asif Əsgərov…
Hər dəfə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun əməllərindən yazmaq istəyərkən, yada Vüqar Səfərli düşür. Yəqin söhbətin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF ) sabiq icraçı direktoru, hazırda 10-cu kalonda "Kod-Barak" deyilən yerdə ayı 350 manata həbsxana həyatı yaşayan Vüqar Səfərlidən getdiyi diqqətli oxuculara bəlli oldu. Niyə..?
Məlumdur ki, rüşvətxor və korrupsioner məmurlar özlərinə mediada güclü dayaq, “krışa” axtarırlar ki, onları müdafiə etsinlər. Media rəhbərlərinin yaxşı yadında olar ki, illər öncə Asif Əsgərovun “avtoş” oğlu İlham Əsgərli öz avtomobili ilə vətəndaşı vurub öldürərkən, az qala bütün ölkə mediasını işə saldılar ki, bu barədə informasiya getməsin.
Təsəvvür edirsinizmi, adi bir icra başçısı müstəqil dövlətin mediasını asanlıqla “satın ala” bilir. O zaman bu məsələdə Vüqar Səfərli də Asif Əsgərova möhkəm dəstək olmuşdu. Biz Asif Əsgərovun cinayətkar oğlunun hansı yolla yüngül cəza alması barədə uzun-uzadı yazmaq istəmirik.
Sözümüzün canı odur ki, həmin zaman medianı ucuz qiymətə ələ ala bilən Asif Əsgərov sonrakı illərdə bir ənənənin əsasını qoydu. Belə ki, Milli Mətbuatın yaranma günü az qala bütün qəzet və saytları icra hakimiyyətinə toplayaraq boş-boş çıxışlar etməyə, media rəhbərlərinə ucuz hədiyyələr verməyə başladı. Həmin tədbirlərin başında KİVDF-nin başçısı Vüqar Səfərli dayanardı. 1-2 saat davam edən tədbirdə Asif Əsgərov və Vüqar Səfərli öz savadsız çıxışları ilə media əhlini bezdirərdi. Həqiqətən də ikisi də savadsız idi. Asif Əsgərov loru dildə desək, idman-dombalaq müəllimi, Vüqar Səfərli isə nəşriyyatdan jurnal oğurlayıb 15 qəpiyə satan birisi...
Sözün qısası, Asif Əsgərov media sarıdan beli bağlı olduğu üçün Nəsimi rayonu ərazisində istənilən qanunsuzluğa yol verirdi. Bilirdi ki, mətbuatdakı dostları bu məlumatların mediada yayılmasına imkan verməyəcək. Asif Əsgərov elə bilirdi ki, hər medianı satın ala bilər. Amma belə deyil.
Biz bir media olaraq xeyli zamandır Asif Əsgərovun Nəsimi rayonu ərazisində torpaqların 1 sotunu 300 min manata satması ilə bağlı yazılar dərc edirik. Bizə yol tapa bilməyən Asif Əsgərov hər yerdə deyir ki, guya bizə hər ay 3 min manat pul göndərir.
Biz media vasitəsilə Asif Əsgərova deyirik ki, yalançının lapp...sən xalqdan oğurladığın o pulları apar öz doğmalarına ləçək al...Ya da dostun Vüqar Səfərliyə göndər.. Bizə sənin kimilərin pulu heç vaxt lazım olmayıb... Bilənlər bilir ki, Asif Əsgərov hətta deputatlardan, komitə sədrlərindən də külli miqdarda rüşvət istəyir. Və deyir ki, mən də kiməsə verirəm də...nə etməliyəm... Bunun adı dövlətə qarşı sabotajdır. Asif Əsgərov, sən kimə pul verirsən..? Sən bu sözünlə nə demək istəyirsən..? Bəli, sən pul verirdin Ramiz Mehdiyevə, Əli Həsənova. Onlar gedəndən sonra qazandıqlarının hamısı sənin özündədir. İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevdən 10 000 dəfə artığı səndə var.
Biz hələ Asif Əsgərovun NƏSİL ŞƏCƏRƏSİNƏ toxunmuruq. Və soruşmuruq ki, valideynlərin kim olub, ananız kim olub, neçə qardaş-bacın var, onların neçəsi səninlə doğma, neçəsi ögeydir, başqa qardaş-bacıların da varmı..?
Biz sadəcə deyirik ki, Nəsimi rayonu ərazisndəki yaşıl terrora son qoy, yaşıllıqları məhv etmə... Azərbaycan dünyada ürək xəstəliyindən ölənlərin sayına görə, Avropada birinci yerdədir. Çünki təmiz oksigen mənbəyi olan yaşıllıqları Asif Əsgərov kimi məmurlar məhv ediblər. Biz hələ Nəsimi rayonu ərazisində Asif Əsgərovun “xeyir-duası” ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarından danışmırıq. Həmin pritonlar hər ay pulu kimə verir, cənab Asif Əsgərov..?
Bu yaxınlarda Asif Əsgərov məclislərin birində deyib ki, "Çox keçməz ki, sizin hamınızı sevindirərəm, mənim Bakının Meri olmağım, sizin həyatınızı bütövlükdə dəyişdirəcək".
Sözün qısası, cəmiyyət Asif Əsgərovun işdən çıxarılaraq həbs olunacağını gözlədiyi bir vaxtda, Asif Əsgərov daha da yüksək bir vəzifə haqqında düşünür.