azia.az
azia.az

Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev SOCAR-ın milyonlarını saga-sola xərcləyir… - Rəşad Abdullayevin Türkiyədə, Londonda 100 milyonluq mülkləri…

8-10-2023, 11:30

Rəşad Abdullayevin tay-tuşları Azərbaycanda gün ərzində 10-15 manat qazana bilmir..

Cənab Prezident İlham Əliyev harınlamış məmur və məmur övladları haqqında həmişə ən sərt  fikirləri bildirib və onlara qarşı ən sərt tədbirlərin görülməsini söyləyib. 

Etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə ciddi məmur problemi və onların övladlarının qanunsuz əməlləri var. Azərbaycan mediası bu günədək müxtəlif məmurların övladlarının cinayət əməllərindən, onların xarici ölkələrdəki 100 milyon dəyərində mülklərindən kifayət qədər faktlara söykənən yazılar dərc edib. Bir soruşan yoxdur ki, gənc oğlan, yaxud gənc qız qısa vaxtda bu milyonları necə qazanıb..? Əlbəttə, həmin pullar ata məmurların xalqdan və dövlətdən oğurladığı milyonlardır. 

Biz bir media olaraq harınlamış məmur övladları ilə bağlı bir media layihə etmək barədə düşünürük. Və ilk “qəhrəmanımız” ARDNŞ-nin ( SOCAR ) keçmiş prezidenti, hazırda Baş nazirin müavini olan Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev barəsindədir. Rəşad Abdullayev Azərbaycanda ən qalmaqallı məmur övladlarından biri, bəlkə də birincisidir. Rəşad Abdullayevin Türkiyədəki böyük biznesi barədə ölkə mediasında kifayət qədər faktlara əsaslanan məqalələr dərc olunub və qarşı tərəf  təkzib etməyib. Rəşad Abdullayev ilə bağlı ən rüsvayçı xəbər isə onun 1 milyon300 min dollar dəyərində saatının oğurlanması ilə bağlı  xəbərdir. 2019-cu ildə xarici media bu barədə xəbər yayıb. Həmin hadisə baş verəndə Rəşad Abdullayevin yanında daha iki azərbaycanlı məmurun övladları da olub. Və qarət  hadisəsi İspaniyada baş verib. Bir soruşan olmadı ki, cavan bir oğlanın qolundakı saatın dəyəri 1.3 milyon dollardırsa, bunun başqa mülklərinin dəyəri neçə 100 milyondur..? İndi isə  Rəşad Abdullayevin Azərbaycan neftinin hesabına xaricdə aldığı mülklərin siyahısına nəzər salaq. Rəşad Abdullayevin Türkiyədə beş böyük şirkət, istirahət mərkəzi, restoranları  və digər əmlakları var. Rəşad Abdullayev 25 yaşında olan zaman Londonun Grosvenor Meydanında ən bahalı mənzillərdən birinə sahiblənib. Rəşad Abdullayev bu dəbdəbəli London mənzilinə Gernsidə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahibdir. Üzə çıxan sənədlərdə görünür ki, Rövnəq Abdullayevin 25 yaşlı oğlu Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan "Twenty Grosvenor” Meydanında 17,3 milyon funt-sterlinq (təxminən 22,4 milyon dollar) dəyərində dəbdəbəli mənzilin sahibidir. Böyük Britaniyada  qəbul edilmiş qanun sayəsində gizli şirkətin benefisiarının Rəşad Abdullayev olduğu üzə çıxıb. Mənzilin alınması üçün ödənilən milyonların  mənbəyi bəlli deyil. Əslində  bu milyonların mənbəyi məlumdur. Bu pullar xalqa və dövlət  qurumu olan SOCAR-a məxsusdur. 

Təsəvvür edirsiniz, Rəşad Abdullayevin  Azərbaycandakı yaşıdları illər uzunu iş axtarır tapa bilmir, tapanda isə gün ərzində 10-15 manatı güclə qazanırlar. Rəşad Abdullayev isə SOCAR-ın milyonlarını sağa-sola xərcləyir. Rəşad  Abdullayev xeyriyyəçi olması ilə bağlı özü barəsində “zakaz” yazılar dərc etdirir..? Adama deyərlər xeyriyyəçilik xalqın pullarını ora-bura səpələmək deyil ee... Bunun adı “Hamam suyundan dost  tutmaqdır”. Biz hələ Rəşad Abdullayevin London küçələrində 300000 dollar dəyəri olan xüsusi, nadir “Mercedes” sürdüyünü demirik. Sözün qısası, Rövnəq Abdullayevin oğlu kralların həsəd aparacağı həyat yaşayır. Bəs görəsən, Rəşad Abdullayev vətənə borcunu veribmi? Nəinki Rəşad Abdullayev, heç Rövnəq Abdullayev də əsgəri xidmətdə olmayıb. Bu haqda növbəti sayımızda.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi