azia.az
azia.az

“Türklərin hamısını qıracam....”

9-04-2023, 18:24

Ermənistan bağçalarında uşaqların qan donduran dialoqu - “Türklərin hamısını qıracam....”

Qonşu Azərbaycan və Türkiyə ilə sülhdən dəm vuran “demokratik və sivil” Ermənistanda nəinki gənc nəslin, hətta bağça yaşlı uşaqların beyinlərinin “miatsium” virusu ilə, Türkə aşırı nifrətlə zəhərlənməsi prosesi davam edir. Bu da növbəti “isti”, eyni zamanda, şokedici faktlar. Aşağıdakı dialoqlar Ermənistanda uşaq bağçalarında qeydə alınıb (Video bu linkdə: https://minval.az/news/124315346 ttps://minval.az/news/124315346)

“Əsgərlər nə edir? - ”Əsgərlər türklərə və azərbaycanlılara qarşı döyüşür". “Əsgərlər haqqında nə bilirsiniz?” - “Gecələr yatmırlar ki, türklər gecə gəlib bütün torpaqlarımızı almasınlar”. “Ölkənin ordusu olmasa, onun taleyi necə olar? - ”Əgər ordu olmasaydı, türklər Ermənistana girib bütün erməniləri öldürərdilər. Türklər bizə hücum edəcək, bizi öldürəcək və Ermənistanı özlərinə götürəcəklər". “Müharibə nədir?” - “Müharibə odur ki, ermənilər türkləri Ermənistandan qovublar, erməni əsgərlər türklərə atəş açırlar”. “Əgər siz əsgər olsaydınız, müharibə zamanı nə edərdiniz?” - “Azərbaycanlılara atəş açardıq! Bütün türkləri qırardıq!..”

Təkrar edirik, bunu söyləyənlər 3-4 yaşlı erməni uşaqlardır. Aydındır ki, onların ağlına belə iyrənc Türkofobiya gəlmir. Bunu onların ağzına, ağlına “böyüklər”, yəni erməni valideynlər, “pedaqoqlar” qoyur.

Görəsən erməni toplumu, xüsusən onun yaşlı və orta təbəqəsi Türkə qarşı bu heyvani və vəhşi nifrətdən, mağara təfəkküründən niyə qurtula bilmir? Nədən başlarına gələn bunca fəlakətlər onlara dərs olmur, erməni uşaqlarını və gəncliyini israrla özləri kimi yaramaz, faşist xislətli böyütmək istəyirlər? Bunun bir sonu gələcəkmi?

Məhz belə anormal tərbiyə üsulunun nəticəsidir ki, ermənilər dünyada terrorçu millət kimi tanınırlar. Ermənistan adlı saxta dövlət isə yalnız ermənilərdən ibarətdir. Onlar terrorçuluqla hətta fəxr edirlər. Təsadüfi deyil ki, Türk soyuna qan uddurmuş ikiayaqlı vəhşilərə heykəllər ucaldaraq, onlara az qala sitayiş edirlər. Bunu da xatırladaq ki, 44 günlük müharibədə zamanı erməni yeniyetmə uşaqların orduya cəlb olunması faktları qeydə alınmışdı.

Halbuki multikultural, çoxmillətli və çoxkonfessiyalı dövlət olaraq, Azərbaycanın nəinki uşaq bağçalarında, orta və ali məktəblərində də heç bir millətə qarşı nifrət, ksenofobiya aşılanmır. Bu, bizim millətin böyüklüyüdür. Əfsus ki, xain qonşular bunu bizim zəifliyimiz kimi qəbul edirlər və fürsət düşən kimi yetişdirdikləri anormal nəsillə bizə arxadan zərbə vururlar.

Bəlkə heç olmasa, qonşuların “sağalmaz xəstəliyi”ni  nəzərə alıb da məktəblərimizdə heç olmasa, erməni “tərbiyə üsulu” haqda bilgilər verilsin? Ki, gələcək nəsillərimiz erməni məkrinə qarşı hazırlıqsız yaxalanmasın?

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında təəssüflə qeyd etdi ki, bəzi müsəlman ölkələr ermənilərin türklərə qarşı nifrətini gözardı edirlər. O, Azərbaycanın bu məsələdə mövqeyinin tamamilə fərqli olduğuna diqqət çəkdi: “Mən bunu ilk növbədə erməni lobbisinin təsiri altında fəaliyyət göstərən qurumların, eyni zamanda Ermənistanın daxilindəki vəzifəli şəxslərin atdığı addımlar, onların siyasəti ilə əlaqələndirərdim. Biz bilirik ki, erməni diaspora təşkilatları Ermənistan dövlətini və cəmiyyətini özlərinin ambisiyalarına, utopik ideyalarına qurban veriblər. Proses bu gün də davam etməkdədir. Bu təşkilatların mövcudluğunun təminatı keçmiş Qarabağ münaqişəsi və qondarma soyqırımı amilidir. Bu amillərə təsir etmək üçün onlar azyaşlı nəslə təsir göstərməyə çalışırlar.

44 günlük Vətən müharibəsindən sonra Ermənistan cəmiyyətində ciddi ruh düşkünlüyü yaranıb. Onlar artıq “dənizdən-dənizə” kimi ideyalara inanmırlar. Ermənilər haqqında miflər dağıldığı üçün yetkin yaşda olan ermənilər ideyaya inanmırlar. Proses onları elə bir səviyyəyə gətirib çıxarıb ki, hazırkı iqtidara belə inanmırlar, müqavimət göstərməyə çalışırlar. Hesab edirəm ki, bunu anlayan erməni lobbi təşkilatları yetkin nəslə təsir göstərə bilməyəcəklərini başa düşdükləri üçün azyaşlı nəslə təsir altına salmağa çalışırlar".

X.Bəşirov qeyd etdi ki, Azərbaycan yeni reallıqları təkcə, Ermənistan cəmiyyətinin deyil, beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmağa çalışır: “Biz ermənilərin utopik ideyalarının uğursuzluğa düçar olacağı ilə bağlı açıq siyasət yürüdürük. Hesab edirəm ki, bu erməni xislətinin bir daha göstərilməsi üçün fürsətdir. Azərbaycan bunu ictimailəşdirə bilər. Ermənistan sülh sazişinin imzalanmasına çalışdığını göstərsə də, əslində o, sülh istəmir”.

Fərəc Quliyev də seçki bəyanatı verdi

Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzunu şərh edərkən bildirdi ki, Ermənistan dövləti layihə kimi yaradılıb: “Məqsəd türk dünyasını sarsıtmaq idi. Bu, təkcə erməni zehniyyətindən irəli gələn yox, türk düşmənlərini zehniyyətindən ortaya qoyulmuş layihədir deyə, ermənilər bu məsələdən qaça bilmirlər. Az sayda erməni başa düşür ki, bu məsələnin sonu yoxdur. Təxminən iki il öncə Paşinyan hakimiyyətinin nümayəndələrindən biri bildirmişdi ki, diasporun yürütdüyü siyasət Ermənistanı məhvə aparır. Son 100 ildə ilk etiraf idi. Bugünkü Ermənistan hakimiyyəti də çalışır ki, sülhə doğru irəliləsin, lakin buna imkan vermirlər. Bu yalnız Ermənistan maşa rolundan çıxanda mümkün olacaq. Bu isə elə də asan deyil. Ermənistan  müstəqil yaşamağa adət etməyib. Dünən Rusiya ilə birlikdə idi, bu gün Qərblə bir yerdə olmağa çalışır. Çalışır ki, müxtəlif ölkələr onun tələbatını ödəsin. Ermənistan müstəqil qərar verə bilmir.

Ermənistan cəmiyyəti uduzmuş liderə ona görə səs verdi ki, o, müharibə istəmədiyini bəyan etmişdi. Qlobal şərtlər də dəyişib. Rusiya müharibə şəraitində olduğu üçün Qərbdə tərəfdaşlar axtarmağa başladı. Fransa və İranın dəstəyi də göz önündədir. Zaman isə bizim lehimizə işləyir. Azərbaycanın yol xəritəsi doğrudur. Tədricən ərazimizdə yaşayan erməni əsilli azərbaycanlıları ya dinc yolla, ya da antiterror əməliyyatları ilə konstitusiyamıza əməl etdirməyə nail olacağıq. Qonşuluq siyasətində də Ermənistan ərazilərimizi tanımaq məcburiyyətindədir. Gələcəkdə Ermənistanın türk dünyasının yanında yer tapmağa çalışması da istisna edilmir. Şərtlər dəyişkəndir. Bu məsələdə birlik olmağımız kifayətdir".

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov isə mövzunu belə şərh etdi: “Gələcək nəslin sağlam düşüncəsini formalaşdırmaq üçün uşaqları nifrətdən uzaq tutmaq lazımdır. Bütün uşaqların danışdığı bir dil var. O dilin adı sevgidir. Uşaq sevgi ilə böyüdüləndə gələcəyi sağlam qura bilər. Sağlam psixoloji mühitin formalaşdırılması üçün fədakarlıq etmək lazımdır. Nə olursa-olsun uşaq düşmən obrazı ilə böyüdülməməlidir. Coğrafiya insanın taleyidir lakin coğrafiyanı müsbətə doğru dəyişmək üçün çalışmaq lazımdır. Böyüklərin yarımçıq qalmış nifrətini uşaqlar yaşamamalıdır. Yetkin yaşda psixologiyanın normallaşdırılması bir qədər zaman alır. Qeyri-sağlam mühitdə böyümüş uşaqlarla iş aparılması psixoloji maarifləndirmədən keçir. Erməni uşaqlara aşılanan nifrət gələcəkdə də problemlərə gətirib çıxaracaq. Azərbaycan da bu nifrətə qarşı müqavimət göstərməli olacaq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi