azia.az
azia.az

Vəzərinin inanılmaz faydaları bunlardır- Araşdırma

29-01-2023, 09:40

Market və bazarlarda dəstəsi 15-20 qəpiyə satılan göyərtilərin əslində insan orqanizminə bahalı kimyəvi dərmanlardan daha faydalı olduğunu bilirsiniz?

Orqanizmdə vitamin çatışmazlığı soyuq havalarda özünü daha çox biruzə verir. Tez-tez soyuqdəymə halları yaşanlar, qrip və mövsümü viruslara daha tez yoluxanlarada ciddi vitamin çatışmazlığı olur. Məhz bu vitamin çatışmazlığını aradan qaldırmaq üçünm ən yaxşı üsul məhz göyərti yeməkdir.

Araşdırmalar göstərib ki, vəzəri qan hüceyrələrini qoruyur və hətta qan xərçənginin riskini azaldır. Vəzərinin qan üçün faydaları qədim zamanlardan məlumdur. Hələ dahi Hippokrat öz elmi əsərlərində vurğulayırdı ki, bu ot qanı təmizləyir. Qədim Misirdə vəzəri və onun toxumları cinsi zəifliyinin müalicəsində istifadə olunurdu. Xalq təbabətində vəzəri iltihabəleyhinə və bəlğəmgətirici vasitə kimi çox geniş yayılıb. Vəzəri damarlar üçün çox faydalıdır, hipertoniyanın inkişafının qarşısını alır, təzyiqi normallaşdırır, orqanizmdən artıq mayeni xaric edir. Öskürək və bronxit zamanı bu kimi faydalı qarışıqdan istifadə edin: 3 x.q. xırda doğranmış vəzərinin üzərinə 1 stəkan isti su tökün, 1 saat ərzində termosda dəmləyin, gün ərzində 2-3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Yodla zəngin olan vəzəri qalxanvari vəzi üçün faydalı məhsullardan biri sayılır. Son araşdırmalar vəzərinin görmə üçün faydasını göstərib. Vəzəri sinir sistemi üçün də çox faydalıdır, yuxusuzluqla mübarizə etməyə kömək edir, həzm proseslərini normallaşdırır, immun sisteminə müsbət təsir edir. Yuxusuzluqdan əziyyət çəkirsinizsə vəzəri dəmləməsinə 1 ç.q. bal əlavə edin və yatmazdan əvvəl yarım stəkan olmaqla için. Bitkilər üzrə türkiyəli mütəxəssis Muammer Yıldız bildirir ki, Vəzəri tək halda yeyilməlidir. Hansısa göyərti və ya yeməklərlə yeyildiyi təqdirdə faydaları kəskin azalır. Bu bitkinin tərkibi B6 vitamini ilə zəngindir.Həzm sistemini asanlaşdırır, bağırsaq sisteminə faydalıdır. Həkim, xərçəngə qarşı bu bitkinin sonsuz xeyrinin olduğunu deyir. Vəzəri ağciyər xərçənginə yoluxan xəstələrin nəfəs almaqda çəkdikləri çətinliklərə qarşı məlhəmdir. Bu göyərti növünün qanazlığına da faydalı olduğunu vurğulanır. Dəmirlə bağlı qanazlığınız varsa, ara yeməklər zamanı vəzəri yeyin. Dəmiri orqanizmdə artıacaq. Həmçinin, Prostat böyüməsi üçün ayda bir dəfə 5 gün ərzində bu bitkidən istifadə edə bilərsiniz. İltihablı revmatizma xəstəliyi olanlara da vəzəri çox yaxşı təsir göstərir. Baş ağrısını kəsir, bağırsaq parazitlərini tökür. Sonda isə bildirək ki, Vəzəri yeyildikdə və ya təpitməsi başa qoyulduqda saçın tökülməsinin qarşısını alır. Vəzəri toxumu, duz və sudan ibarət təpitməni çiban üzərinə qoyduqda xəstəliyi sağaldır.

Xəyalə Məmmədova / Demedia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi