Saçınızı yuduqdan sonra çayla yaxalayın ki ...
Adi qara çay orqanizmə müxtəlif müalicəvi təsirlər edir - baş və qarın ağrısını azaldır, orqanizmi tonuslaşdırır, qocalmanı ləngidir, orqanizmdən ziyanlı maddələri xaric edir, sidikqovucu təsirə malikdir və s.
Azia.az saglamolun.az-a istinadən bildirir ki, çay həmçinin kosmetik vasitə kimi də istifadə olunur. Saçların tökülməsi, tez yağlanması, kəpək zamanı saçınızı yuduqdan sonra təzə dəmlənmiş çayla yaxalayın (2 ç.q. quru çay + yarım l qaynar su) və sonra qurudun. Bu vasitə saçlara və baş dərisinə çox müsbət təsir edir, sacların uzanmasını sürətləndirir.