azia.az
azia.az

Saçların tökülməsini azaltmaq üçün 7 TÖVSİYƏ

8-03-2022, 10:17

Saçlarınız sürətlə tökülülür və seyrəlirsə bunun səbəbini mütləq araşdırmaq lazımdır. Xroniki stress, balanslaşdırılmamış pəhrizlər, vitamin və mineralların çatışmazlığı, bəzi somatik xəstəliklər saçların tökülməsini sürətləndirə bilər.
Saçların tökülməsini azaltmaq üçün 7 TÖVSİYƏ
Azia.az xarici KİV-lərə istindala oxucularına saçların tökülməsini azaltmaq üçün bəzi faydalı tövisyələri təqdim edir.

1. Bəzi qida məhsulları saçların sağlamlığına çox müsbət təsir edir. Bu məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları, kərə və bitki yağları.

2. Soğan şirəsi saçların follikullarını "oyadır", saçların bərpasını stimullaşdırır. Soğanı blenderdən keçirin və saç dərisinə maska şəklində çəkin.
3. Omeqa-3 və Omeqa-6 yağlı turşular saçların vəziyyətini yaxşılaşdırır, onları daha sağlam edir. Həkimlə məsləhətləşdikdən sonra balıq yağını qəbul etmək olar.

4. D vitamini və kalsium da saçların sağlamlığı üçün çox vacib maddələrdir. Orqanizmdə D vitamininin səviyyəsini yoxlayın. D vitamininin defisiti aşkar olunarsa həkim sizə bu vitaminin qəbulunu təyin edə bilər.

5. Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çayın müntəzəm istehlakı saçların sağlamlığına müsbət təsir edir.

6. Ayıpəncəsi və gənəgərçək yağları saçları daha güclü və sağlam edir, tökülməsini azaldır. Yağları saçların köklərinə çəkib 1 saat saxlamaq, sonra saçları yumaq lazımdır. Belə maskanı həftədə 1 dəfə edin.

7. Bioloji aktiv maddələrlə zəngin olan zəncəfil də saçların uzanmasını sürətləndirir, tökülməsini azaldır. Zəncəfili blenderdən keçirin və maska şəklində istifadə edin.

Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi