azia.az
azia.az

Kəsilən heyvanların dərisinin aqibəti necə olur? - VİDEO

11-07-2022, 09:46

Kəsilən heyvanların dərisinin aqibəti necə olur? - VİDEO
Dünəndən istər paytaxt Bakı olsun, istərsə də bölgələrdə , minlərlə qurban kəsildi. Hər kəs dərisi soyulmuş heyvanı götürüb getdi, dərilər isə məntəqələrin bir kənarında toplanıb qaldı. Satıcılar onları dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Hansı ki, biz bu dəriləri avropa bazarlarına belə ixrac edə bilərik.



Bir tərəfdə sifariş edilən qurbanlıqlar kəsilir. Digər tərəfdə isə onların dəriləri toplanır



Qurbanlıq heyvanları satan şəxslər deyirlər ki, xüsusilə axşam çağı həmin dəriləri satırlar. Yəni onların öz alıcıları var və yük maşını ilə gələrək alıb, aparırlar. Ancaq həmin dərilərin konkret hansı məqsədlə alındığını və hara apardıqlarını dəqiq bilən yoxdur.



Üstəlik dərilər adi günlərdən fərqli olaraq bayram günlərində daha ucuza alınır. Çünkü bu günlərdə dəri bol olur və qiymətlər məcbur aşağı salınır



Xatırladaq ki, Azərbaycanda ən böyük dəri emalı zavodlarından biri Yevlaxda yerləşir. Burada yerləşən zavodun gündəlik istehsal həcmi 27 ton dəridir. Ekspertlər hesab edir ki, bu sahəyə əlavə investisiya yatırılmasına ehtiyac var.



Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, qurban bayramı günlərində kəsilən heyvanların dəriləri avropa bazarlarına ixrac edilə bilər.



Qeyd edək ki, hələ bir neçə il bundan əvvəl xaricə ixrac edilən hər ton gön-dəri üçün 350 dollar ixrac rüsumu tətbiq edilirdi. Ancaq Nazirlər kabineti tərəfindən gön-dəri ixracını təşviq etmək məqsədi ilə bu qərarda dəyşiklik edildi və rüsumun məbləği 2023-cü ilin sonuna qədər 350 dollardan, 150 dollara endirildi. Xatırladaq ki, təkcə ötən il azərbaycan xaricə 12 milyon dollar dəyərində gön və aşlanmış dəri ixrac edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi