azia.az
azia.az

Limonun 10 faydası

4-06-2022, 07:56

Limonun 10 faydası
Vitamin deposu kimi ən güclü təbii antibiotiklərdən biri olan limon yüksək təzyiq, tənəffüs pozğunluqları, yanıqlar, piylənmə, daxili qanaxma, diş problemləri, qızdırma, qəbizlik, həzmsizlik və boğaz infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə olunur. Zəngin vitamin müxtəlifliyi, xoş qoxusu və turş dadı ilə demək olar ki, hər kəsin zövq aldığı bir meyvədir. Bəs limonun faydaları nələrdir? Limon hansı xəstəliklərin müalicəsində istifadə olunur?
1. Boğaz ağrısı

Limonu bal ilə qarışdıraraq boğaz ağrınızı qısa müddətdə bitirə bilərsiniz. Limon suyu və balı bir stəkan isti suya əlavə edib qarışdırın. Biraz soyuduqdan sonra için. Boğaz ağrınız qısa müddətdə azalacaq.

2. Dəri problemləri

Limon tərkibindəki turşu sayəsində sızanaqları aradan qaldırmağa kömək edir. Limonu yenə balla
qarışdırıb sızanaqlarınızın üzərinə çəkin və yarım saat gözləyin. Gündə iki dəfə bunu etdikdə dəri
problemləriniz qısa müddətdə yox olacaq.

3. Yorğunluq

Gün ərzində bədəninizdə yorğunluq siqnalları səslənirsə, limon yenə sizin köməyinizə çatacaq. Limon yağının enerji verdiyini sübut edən mütəxəssislər içdiyiniz mayelərə bir neçə damla limon suyu əlavə etməyinizi məsləhət görür. Ayrıca limon suyunu biləklərinizə damcıladıb ovmağın da faydası var.

4. Qrip

Limonun tərkibindəki C vitamini immunitetinizi gücləndirir və sizi xəstəliklərdən qoruyur. İçdiyiniz suya və ya çaya limon sıxmaq alacağınız vitaminlərdən daha faydalıdır. Ancaq bunu lazımi anda etməlisiniz.

5. Dırnaqlar

Lak istifadə edən qadınların ən böyük problemlərindən biri də dırnaqlarının saralmasıdır. Limon suyunu pambığa sıxıb dırnaqlarınızı ovuşdurduğunuzda saralma yox olacaq.

6. Ağız qoxusu

Ağzınızı limonla yaxalasanız, içindəki turşu dişlərinizdəki bakteriyaları məhv edəcək və ağzınızdan pis qoxu gəlməyəcək. Lakin bu prosedurdan sonra ağzınızı su ilə yuyun. Çünki limondakı turşu dişlərinizə zərər verə bilər.

7. Əllərimizdən pis qoxu gəlməsinə mane olur

Əllərimizdə yaranan xoşagəlməz qoxularını limonla aradan qaldıra bilərik. Limonu sıxıb suyunu əllərimizə tökürük, sonra isə əllərimizi bir-birinə sürtürük. Bununla da pis qoxular aradan qalxır.

8. Saç rəngini açır

Limon saçlarının rəngini təbii yollarla açmaq istəyənlərin dərmanıdır. Günəşə çıxmadan əvvəl saçınıza limon suyunu sıxın. Nəticə möhtəşəm olacaq.

9. Dırnaqları ağardır

Daim dırnaq boyası istifadə etdiyiniz üçün dırnaqlarınızda saralma ola bilər. Bu saralmanın qarşısını almaq üçün dırnaqlarınızı limon suyuna qoyub 15-20 dəqiqə gözləyin.

10. Dezodorant funksiyası daşıyır

Limonun əllərimizdəki pis qoxuları aradan qaldırdığını qeyd etdik. Limon tərkibindəki turşu kökləri ilə pis qoxu yayan bakteriyaların qarşısını alır. Ona görə dezodorant kimi istifadə etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi