azia.az
azia.az

Göbələyin tərkibində olan vitamin və mikroelementlər...

8-05-2022, 07:32


Bu məhsul bir çox digər məhsullardan fərqli olaraq, daha çox mübahisələrə səbəb olub.
Göbələyin tərkibində olan vitamin və mikroelementlər...
Göbələk - orqanizm üçün xeyirlidir, yoxsa tərkibində olan zəhərli maddələrlə orqanizmə ziyanlıdır? Bu sual bir çoxlarını maraqlandırırı. Bu səbəbdən bu məqalədə sizə göbələk haqda bir çox maraqlı məlumatları çatdırırıq.

Beləliklə göbələk - tərkibində olan zülalın miqdarına görə liderdir sayılır. Göbələkdə zülal, ətin tərkibində olduğundan 3 dəfə, yumurtanın sarısının tərkibinində olduğundan 2 dəfə çoxdur. Amma zülalın bu qədər yüksək miqdarda olduğuna baxmayaraq, tərkibində yağlar azdır( təxminən 1 %). Həmçinin kalori dəyəri də az olması, bu məhsulu çəkisinə diqqət yetirən insanlar üçün əvəzsiz edir. Göbələk - toxluq hissini tez yaradır və uzun müddət saxlaya bilir. Həmçinin göbələk B1,B2, B6 vitaminləri ilə çox zəngindir. Bu qrup vitaminlər isə saç, dəri və dişlərə cavabdeh sayılırlar.

Tərkibində olan PP vitamini(nikotin turşusu)miqdarı qan xəstəlikləri zamanı həkimlərin tövsiyə etdiyi qaraciyərdəki qədərdir. Bundan əlavə tərkibində yağları parçalayan A və D vitaminləri də vardır. Yod, marqans, sink, fosfor, kaliy, kalsiy və digər mikroelementlərlə də zəngin sayılır. Bu mikroelementlər isə orqanizmdə baş verən bir çox prosseslər üçün lazımlıdırlar. Kaliy - ürəyin normal işi üçün çox vaciblidir. İnsanın kalsiyə olan gündəlik tələbatı 120 mqr təşkil edir. 200 qr göbələk isə bu normanı tam olaraq təmin edə bilir. Kalsiy çatışmazlığı zamanı isə sağlamlığa nə qədər pis təsir olduğunu hər birimiz bilirik. Bu xüsusilə ilk növbədə sümük toxuması və dırnaqlara təsir edir. Fosfor - kalsinin ən yaxşı yoldaşıdır, belə ki fosforla o, yaxşı mənimsənilir. Bundan əlavə fosfor özü, insanın energetik proseslərində böyük rol oynayır. Sink - maddələr mübadiləsində əvəzolunmazdır. Mis - hipofis hormonunun istehsalı prosesində iştirak edir. Beləliklə göbələyin vitamin və minerallarla nə qədər zəngin olduğunu nəzərə alıb, bu məhsulu qida rasionunuza tez- tez daxil etmənizi təvsiyə edirik.

Göbələk nə üçün ziyanlı sayılır?

Göbələyin tərkibində böyük miqdarda xitin vardır. Xitin isə insan insan orqanizmi tərəfindən demək olarki mənimsənilmir. Bunun əsasında göbələk ağır yemək sayılır. Bu məhsulu çox yedikdə, o, pankreatit, mədəaltı vəzin iltihabı və mədə -bağırsağın işində problem olduğu zaman onu ağırlaşdıra bilir. Həkimlər 14 yaşdan aşağı uşaqlara göbələk yeməyi məsləhət görmürlər, belə ki, uşaqların həzm orqanları bu qədər ağır yeməyi həzm etmə iqtidarında deyil.

Beləliklə hər bir məhsulu lazımı qədər yedikdə onun xeyirindən bəhrələnmək olduğunu bu məqamda da anlamaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi