“Sarı göbələk” xəstəliyi can aldı - YENİ TƏHLÜKƏ
Hindistanda əvvəlcə koronavirusa yoluxan, müalicə zamanı isə orqanizmində həm qara, həm ağ və həm də ilk dəfə olaraq, sarı göbələk xəstəliyi müəyyən edilən şəxs vəfat edib.![]()
Bildirilir ki, hadisə Nyu-Dehli yaxınlığındakı Qəziabad şəhər xəstəxanasında qeydə alınıb.
59 yaşlı Kuanvar Sinqxin orqanizmindəki göbələklərin endoskopiya zamanı üzə çıxdığı bildirilib. Onun üç növ göbələk nəticəsində bədəninin toksinlərdən zəhərlənərək öldüyü qeyd olunub.