azia.az
azia.az

Dünyada "böyük aclıq" 2023-cü ildə başlayacaq - Tarixin dəhşətli sınağı

27-04-2022, 07:23


Rusiya, Belorus və Ukraynadan taxıl toxumları və əkinçilik üçün gübrə vasitələri gəlmədiyi üçün dünyanın 90-dan çox ölkəsində fermerlər buğda, arpa, taxıl səpimini edə bilmir, onlar toxum yetişdirə də bilməyəcəklər. Bu isə tarixin ən böyük aclıq dövrünün başlayacağına zəmin yaradır.
Dünyada "böyük aclıq" 2023-cü ildə başlayacaq - Tarixin dəhşətli sınağı
Xəbər verilir ki, bu barədə Almaniyanın fermen təsərrüfatı birliyinin nümayəndəsi Mattias Berninqer deyib.
"Rusiya və Belarusdan gübrə gəlmədiyi üçün böyük defisit var. Bu o deməkdir ki, fermerlər toxum yetişdirə bilməyəcək", - deyə o, əlavə edib.
Bazar ekspetləri bildirib ki, gübrə kasıb dövlətlər üçün demək olar, əlmatmazdır.
Rusiya və Belorus gübrə və toxum ixracına tam qadağa qoyduğu üçün alternativ demək olar ki, yoxdur.
Məsələn, azotlu gübrə çox bahadır, onun dünya bazarında alternativi yoxdur.
Fermerlər deyib ki, toxum və buğda əkinində problemlər bir neçə aydan sonra hiss olunacaq. Hələ ki, əldə olan ehtiyat tükənməyib.
Gübrə idxalı-ixracı bir neçə aya bərpa olmasa, 2023-cü ildə aşağı məhsuldarlıq olacaq.
İqtisadçı Keyti Kay bəyan edib ki, Ukraynadakı vəziyyət Avropa və dünyanın kasıb ölkələri üçün ciddi təhlükədir. ABŞ isə bu vəziyyətdə maraqlıdır. 2023-cü ildən 50% ölkələrdə böyük aclıq başlaya bilər.
Rusiya, Ukrayna dünyada buğra ixracatına görə ilk üçlükdədir.
Nə qədər müharibə uzanarsa, buğda, toxum bir o qədər bahalaşacaq, defisit olacaq. Buğdaya akternativ qarğıdalıdır, onun da qiyməti artacaq.
Qarğıdalı isə ABŞ ixracatında əsas məhsuldur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi