azia.az
azia.az

“Şahbaz Quliyev aktyor, fırıldaqçıdır, o, məni ermənilərə satdı...” - Dilqəm danışdı

8-04-2022, 07:37

“Şahbaz Quliyev aktyor, fırıldaqçıdır, o, məni ermənilərə satdı...” - Dilqəm danışdı
"Şahbaz Quliyev aktyor, fırıldaqçıdır. Bundan istifadə edib dövləti biabır edir, Cənab Prezidentin gödüyü işlərə kölgə salır".
Xəbər verilir ki, altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana yoldaşı Şahbaz Quliyevin mətbuatda yayılan görüntüsünə münasibət bildirərkən deyib. O, bildirib ki, erməni mətbuatı da, Ş.Quliyevin biabırçılıqlarından yazır:
“Şahbaz Quliyev aktyor, fırıldaqçıdır, o, məni ermənilərə satdı...” - Dilqəm danışdı
"Siz ondan soruşun ki, hansı hərbi hissədə xidmət etmisən ki, qazilik tələb edirsən? Onun hərbi bileti də yoxdur. Şahbaz Quliyev deyir ki, mənim ailəm dağıldı. Guya ailəsi Kəlbəcərə görə dağılıb. Bu adamın üçüncü evliliyidir. Əvvəl Goranboydan birini almışdı, sonra Rusiyadan bir qadın tutub gətirdi, indi də başqa bir qadın tapıb.

Ona sual verin ki, səni Qarabağa kim göndərib? Dövlət, prokuror? Heç kim. Onu mən aparmışam".

D.Əsgərov deyib ki, Ş.Quliyevin rayonda üçotaqlı evi var:

"Onun Şəmkirin Qapanlı kəndində üçotaqlı boş evi var. Evi qohumlarına verib. İndi yalandan deyir ki, mən işıqsız, qazsız qalmışam. O, Müşfiqdə (Müşfiqabad qəsəbəsi-red.) axırıncı binanın ikinci, ya da üçüncü blokunda qalır. Orada da işıq kartladır. Karta pul vurursan, işıq verirlər.

Ona hansı əsasa görə ikinci qrup əlillik verilib? o nə iş görüb? 200 manat alır. Adını heyvandarlığa yazdırıb, ona inək, qoyun veriblər".

D.Əsgərov deyib ki, Ş.Quliyev mətbuatı aldadır:

"Gələn gündən demişdim ki, o adam həbs edilməlidir. Onun haqqında araşdırma aparılmalıdır. Şahbaz yararsız bir adamdır.

O məni ermənilər necə satdı, məhkəmdə üzümə durdu. O gün etiraz edəndə necə çığırırdısa, vicdanıma and olsun, məhkəmədə də mənim üzərimə elə çığırırdı", - o söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi