Bakıda 4 saniyəyə 500 mənzil “satan” MİDA-nın sədr müavininin bahalı avtomobili - FOTO
Mənzil İnşaatı Dövlət Agentliyinin sədr müavini Çingiz Qədimovun bahalı avtomobili sosial şəbəkələrdə gündəm oldu.
AZİNFORM.AZ xəbər verir ki, cəmi 4 saniyəyə 500 mənzil “satan” Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədr müavini Çingiz Qədimovun 10-GY-555 dövlət qeydiyyat nişanlı “BMW X7” markalı bahalı avtomobilinin sosial şəbəkələrdə fotosu yayılıb.
Qeyd edək ki, avtomobilin qiyməti təqribən 170 min dollar təşkil edir.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.