azia.az
azia.az

3 gün öncə həbs olunan Məlikməmməd Qurbanovun keçmişi.... - Nə qədər gec deyil, 10 min manatı qaytar, Malik....

1-03-2022, 11:25


3 gün öncə həbs olunan Məlikməmməd Qurbanovun keçmişi.... - Nə qədər gec deyil, 10 min manatı qaytar, Malik....
Lenanın itinin abort olunması barədə yazdıqlarımız səhvdirsə, qoy Şükufə xanım danışsın...
3 gün öncə həbs olunan Məlikməmməd Qurbanovun keçmişi.... - Nə qədər gec deyil, 10 min manatı qaytar, Malik....
3 gün öncə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun həbs edilməsi barədə xəbər yayıldı.
Sonra bəlli oldu ki, Bakı Hərbi Məhkəməsi keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Medianın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Məlikməmməd Qurbanov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Məlumatda o da qeyd olunur ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.
İndi görək, Məlikməmməd Qurbanov kimdir, nəçidir ?
Gündəlik-Bakının özəl araşdırması zamanı bəlli olub ki, həmişə Malik deyə çağırılan Məlikməmməd Qurbanov hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə ordunun ərzaq və digər təchizat məsələlərinə məsul şəxs olub və milyonlarla dövlət vəsaitini mənimsəyib.
Sonra Səfər Əbiyevin dövründə vəzifəsindən uzaqlaşdırılıb.
Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Məlikməmməd Qurbanovu yenidən öz vəzifəsinə qaytarıb və ona az qala general səlahiyyəti verib.
Məlumat üçün onu da qeyd edək ki, əslən Lənkəran rayonundan olan Məlikməmməd Qurbanov separatçı Əlikram Hümbətovun ən yaxın adamlarından biri olub.
Bəli, Məlikməmməd ikinci dəfə vəzifəyə qayıdanda daha acgözülüklə dövlət pullarını mənimsəməyə başlayıb.
Yəni Məlikməmmədin ruslar demişkən, “ikinci nəfəsi” açılıb. Sonda isə yuxarıda dediyimiz kimi Məlikməmmədi xalq nağıllarımızda olan kimi quyuya tulladılar.
Bəli, əslində Məlikməmməd kəndiri kəsilməli adam idi.
Çünki Məlikməmməd öz ailəvi dostuna qarşı elə bir addım atıb ki, bu gün də ağrı-acısı candan çıxmır.
Məlikməmmədə deyirik ki, nə qədər ki, səninlə bağlı şikayətçilərin sayı həndəsi silsilə ilə artmayıb, başının çarəsini qıl və….10 mini qaytar, özü də təcili…
Ay Malik, nə qədər ki, Biləcəridə saxladığın Lenanın itini aborta aparmağını manşetə çıxarmırıq, ağlını başına topla…
Yəqin bildin də, söhbət nədən gedir..
Camaat uşağına dərman almağa pul tapmayanda, öz həyat yoldaşını həkimə apara bilməyəndə, sən Məlikməmməd Lenanın itini ginekoloq yanına aborta aparırdın…
Əgər səhv, yalan deyiriksə, qoy Məlikməmmədin övrəti Şükufə xanım desin ki, yalandır.
Onda Şükufə xanıma da deməyə xeyli sözümüz olacaq.
Amma qapımıza xahişə-minnətə adam göndərmə, Maliko…
P.S. Bahalı restoranlar, bahalı hədiyyələr, bahalı mebellər, Şərizadədəki evlər, qızıl-briliyantlar, bağ evləri, mülklər, şubalar, bahalı torpaq sahələri və Kürdəxanı+11 illik həbs cəzası. Biz səndən fərqli olaraq, arxancan gülmürük, heç kimə heç nə demirik. Axı mən sizin hamınıza demişdim, "yaxşı işçinin sorağı yuxarılardan gələr".mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi