azia.az
azia.az

Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?

9-02-2022, 09:09

Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?
İnsanların çoxu arıqlamağa çalışarkən, bəziləri əksinə kökəlmək istəyir. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Belə orqanizmə sahib olan insanlar nə qədər yağlı və karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər.

Mütəxəssislərin fikrincə, kökəlmək üçün ən yaxşı vaxt qış fəslidir. Çünki soyuq aylarda istifadə olunan qidalarda kalori daha bol olur. Ümumiyyətlə, kalorisi çox olan qidalar, çəki artıran yeməklər hansılardır?

Pendir

Pendir çox sağlam qidadır. O, demək olar ki, zülal və kalsium anbarıdır, sümük əriməsinin qarşısını alır, böyümə çağındakı uşaqların boyunu uzadır. Pendirin başqa bir müsbət tərəfi kökəlmək istəyənlərə sürətlə kilo aldırmasıdır. 100 qram pendir sizə təxminən 300-400 kalori qazandıra bilər.
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


Somon balığı

Balıq yeməyi sevirsinizsə, çox şanslısınız. Çünki somon balığı beyin, qan damarları, dəri və saç üçün çox faydalıdır. Onun tərkibində “Omega-3” yağ turşuları, B12 vitamini daxil olmaqla digər minerallar, proteinlər var. Həftədə 2-3 dəfə somon balığı və ya digər balıqlardan yeyərək həm kilo ala bilər, həm də zülal ehtiyacınızı qarşılaya bilərsiniz. Balıq təxminən 208 kaloridir.
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


Yumurta

A, D və E vitamini baxımından zəngin olan yumurta xolesterini yüksəldə bilər. Yumurtanın ağı çox aşağı yağ tərkibinə malikdir və zülalla zəngindir. Normal ölçülü bir yumurtanın ağında 15 kalori var. Sarı hissəsi isə 60 kalori həcmindədir. Ümumilikdə 1 yumurta 75-80 kaloridən ibarətdir.
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


Kərə yağı

Kalorili qidalar deyiləndə şübhəsiz ki, ağıla ilk gələnlərdən biri də kərə yağıdır. Kərə yağının tərkibi çox zəngin və müxtəlifdir. 100 qram kərə yağı təxminən 720 kalori həcmindədir. Çörəyə bal ilə sürtüb yeyərək, kalori miqdarını artıra bilərsiniz.
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


Xəmir xörəkləri

Soyuq qış aylarında ən çox qəbul etdiyimiz yeməklər xəmir xörəkləridir. Hətta insanlar arasında "xəngəl havası” deyə inanc da mövcuddur. Kilo almaq istəyənlərin xəmir xörəklərlə qidalanması məsləhətdir. Ancaq bunu da qeyd etməliyik ki, belə yeməklər həzm prosesini çətinləşdirir. Qida rasionunuzu bunu nəzərə alaraq planlamanız vacibdir. Keks, peçenye, pendirli böyrəklər kalorili qidalardır. 100 qram xəmirli qidanın kalorisi ortalama 400-500 arasında dəyişir.
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


Meyvə suları

Meyvə və tərəvəz suları həm sağlamlıq baxımından xeyirlidir, həm də təbii şəkər nisbəti yüksək olan qidalardır. 1 stəkan meyvə suyunun kalorisi 100-200 arası dəyişir. (Lent.az)
Kökəlmək üçün nə ilə qidalanmaq lazımdır?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi