Həbsdəki memar icra başçısını ifşa edəcək
Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir müddət əvvəl Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs edilən yaxın qohumlarını azadlığa buraxdırmağa nail olmuşdu.
Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan yeganə şəxs isə Abşeronun sabiq baş memarı Akif Əliyev idi.
Xatırladaq ki, məhkəmənin hökmü ilə Kəlbəcər köçkünü olan Akif Əliyevə 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Legitim.az xəbər verir ki, A. Əliyev və onun müdafiəçisi tərəfində verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində 12 noyabr tarixinə məhkəmə baxışı təyin edilmişdir.
“Möhürsüz memar” kimi tanınan A. Əliyevin saxlanıldıqdan sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus möhür istintaqa təqdim edilmişdir.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən saxlanılan qohumları eyni maddə ilə ittiham olunmağlarına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlığa buraxılmışdırlar.
Onu da qeyd edək ki, həmin hökmdən prokurorluq orqanı tərəfindən nədənsə protest verilməmişdir.
Sözügedən mövzu ilə bağlı daha ətraflı araşdırmamız yaxın zamanda dərc ediləcəkdir.
İcra başçısının “qurban” verdiyi məmuruna sahib çıxmaması sabiq memarın yaxınları ilə yanaşı Abşeron Rayon İcra Hakimiyyətində çalışanlarda da məyusluq yaradıb. Belə ki, icra başçısı öz qanunsuz əməllərini tabeçiliyində olan şəxslərin əli ilə edib. Ancaq keçmiş memarın yaşadıqları İradə Gülməmmədovanın cinayətə sürüklədiyi şəxsləri düşünməyə vadar edib.