azia.az
azia.az

Prezident Lerikin icra başçısını Ağsuya təyin etdi

29-04-2021, 20:28



Prezident İlham Əliyev Rövşən Elmidar oğlu Bağırovu Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Müvafiq sərəncam Prezidentin rəsmi saytında dərc olunub.

Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ötən ilin payızından boş idi, çünki başçı Vahid Tağıyev koronavirusdan vəfat etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi