azia.az
azia.az

Ramiz Mehdiyevin kürəkəni QOÇULUQ EDİR... - QALMAQAL

30-10-2021, 08:35


“İNTERMEDSERVGİS” MMC-nin "Yeni Gəncə" Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı tərəfindən ölkə rəhhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
Ramiz Mehdiyevin kürəkəni QOÇULUQ EDİR... - QALMAQAL
"Hörmətli Mehriban xanım , bir azərbaycanlı xanımı kimi Sizdən mənim və övladlarımın həyatı üçün təhlükəyə çevrilmiş “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi ,sabiq Milli Məclisin deputatı , Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən başlanmış təhqirlərin təhdidlərin şər və böhtanların qarşısının alınmasına və bizim təhlükəsizliyimizin təmin olunmasına dair aidiyyatı orqanlara göstəriş verilməsini xahiş edirəm.
ünvanlanıb.
Bildirirəm ki mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi ,sabiq Milli Məclisin deputatı , Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinətəyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə kimi Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun zəfər çaldığınız 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən təmənnasız xidmətimizi göstərə bilərəm. Dəfələrlə Müdafiə Nazirliyinin Hərbi hissələrinin Təşəkkürnaməsi və Fəxri fərmanları ilə təltif olunmuşam. İlham Əliyev yaralı əsgərlərimizin müalicəsi üçün sərf olunan vəsaiti mənim çatışmamazlığım kimi məndən tələb edir. 44 günlük Vətən müharibəsi dövründəmənim tərəfimdənYeni Gəncə Tibb Mərkəzinin təcili tibbi yardım maşınları yaralı əsgərləri daşımaq məqsədiliə Hərbi Komisarlığın sərəncamına verilərkən və yaralı əsgərlərimizin klinikada müalicəsi təşkil olunarkən dəfələrlə ilham Əliyevin özü və qardaşı Fikrət Əliyev tərəfindən təzyiqlərə və təhqirlərə məruz qalmışam. Mənə hər ikisi İlham və Fikrət Əliyev qardaşları telefonla zəng edərək təcili tibbi yardım maşınlarını verdiyimə və yaralı əsgərləri klinikada müalicələrini təşkil etdiyimə görə təhqir edirdilər.

Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb. Təsisçi ilə mənim aramda maddi məsuliyyət haqqında müqavilə bağlanaraq imzalanmayıb. 2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra mən təsisçi İlham Əliyevə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim. İlham Əliyev mənim işdən azad olunacağım təqdirdə məni audit etdirərək klinika yaranandan etibarən yaranmış bütün çatışmamazlıqları mənə ödətdirəcəyi ılə hədələdi. Təsisçi İlham Əliyev 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək məni 14 oktyabr 2021-ci il tarixdən3gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı. Bildirirəm ki, icraçı direktor işlədiyim 4 il müddətində klinikaya ildə bir dəfə rəsmi şəkildə auditor dəvət olunmuş,audit yoxlaması keçirilmiş və müvafiq akt tərtib olunaraq təqdim olunmuşdur. Əgər həqiqətəndə mənim tərəfimdən vəzifə saxtakarlığı edilərək mənimsəmə olmuşdusa hansı səbəbdən təsisçi tərəfindən mənim barəmdə heç bir tədbir görülməmişdir ? Təsisçi mənə bildirdi ki “mən zəng edib sizi çağırmayanadək klinikaya yaxın gəlmə”. Həmin gündən xidməti otağımdan özümə məxsus bəzi şəxsi əşyalarımı istifadə üçün özümlə götürərək kirayədə yaşadığım evə gəldim. Təsisçi İlham Əliyevin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam.Yeni Gəncə Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürüməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq təsdiq olunmasına ehtimalım var.Mənim klinikada olmadığım dövrdə iştirakım təmin olunmadan İlham Əliyevin özü ilə gətirdiyi Aygün adlı xanım tərəfindən bu günədək yoxlama aparılır , müəyyən işçilərdən mənim əleyhimə hədə-qorxu gəlinərək izahatlar alınır və mənim əleyhimə izahat verməkdən imtina edən işçilər işdən çıxarılmaqla təhdid olunurlar.

Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adınıda bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır.

16 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim , Zülfüqar və Kəyan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar, Mahir həkim əlində olan telefonu mənə üzadaraq Təsisçi İlham Əliyevlə danışmağımı tələb etmişdir. Mən İlham Əliyevlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Əgər Mahir həkimlə İlham Əliyevin telefonlarının anten məlumatları yoxlanılarsa söylədiklərim öz təsdiqini tapar. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq istədikdə klinikada mühafizəçi vəzifəsində işləyən Kəyan adlı şəxs mənim qolumdan tutaraq dəhlizin divarına çırpmış , hər üçü zor tətbiq edərəkmənzilin bütün otaqlarında axtarış keçirərək dəhlizdə Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı , əşyalarla birlikdə olan 2000 manat pulmu və brilliant qızıl-zinət dəstimi götürüb“bu qızıl və pulları klinikadan qazanıbsan”deyərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma , sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etdim. Hal-hazırda fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq ıdarəsində təhqiqat aparılır.

Ərizədə göstərdiyim halları və təsisçinin mənə qarşı qərəzli mövqeyininəzərə alaraq 20 oktyabr 2021-ci il tarixdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təsisçi İlham Əliyevə rəsmi müraciət etmişəm.Lakin ərizəmə cavab olaraq qərəzli , şər və böhtanla dolu məktubla mənə cavab vermişdir.

Hörmətli Mehriban xanım Siz hər bir Azərbaycan qadınının hüquq və azadlıqlarının qarantısınız. Mən iki uşaq anasıyam . Daim Dövlətimə və onun Prezidentinə sadiq olmuşam və qanunlarımızın aliliyinə hörmətlə yanaşaraq qanunlarımızı pozmamağa çalışmışam. Sizdən bir köməksiz ana kimi “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi İlham Əliyev tərəfindən mənə qarşı başlanmış və məni intihar etmək həddinə gətirmiş repressiyanın qarşısının alınması məqsədi ilə aidiyyatı orqanlara göstəriş verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi